IV Beynəlxalq muğam müsabiqəsinə start verilib.

Martın 15-də Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak edirlər. Əvvəlcə instrumental muğam ifaçılığı üzrə püşkatma olub. Sonra iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan təmsilçiləri Mustafa Aşurov (tar) və Tofiq […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında hazırlanmış və təkmilləşmiş alətlərin təqdimatı.

Azərbaycan Milli Konservatoriyasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında hazırlanmış və təkmilləşmiş alətlərin təqdimatı keçirildi. Qeyd edək ki, Azərbaycan Milli Konsevatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında bir sıra yeni musiqi alətləri ixtira olunmuş və bəzi musiqi alətləri isə təkmilləşdirilmişdir. Bu mənada kamança aləti ilə bağlı olaraq kamança ailəsi yaradılmış, eləcə də çəng və səntur […]

Ətraflı >>

Musiqişünas Ülkər Əliyevanın yeni kitabı təqdim olundu.

Azərbaycan Milli Konservatoriyasında yeni kitab təqdimatı baş tutdu. Milli Konservatoriya Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə tanınmış musiqişünas, publisist, sənətşünaslıq üzrə elmlər doktoru Ülkər Əliyevanın “Musiqidə təsvirilik: mahiyyəti, spesifik xüsusiyyətləri və təsnifatı”adlı kitabının təqdimatını keçirdi. Öncəliklə qeyd edək ki, Ülkər Əliyeva çox böyük və səmərəli fəaliyyətə sahib olan musiqiçidir. Yazdığı bir sıra kitab və məqalələrində […]

Ətraflı >>

Akademik Zərifə xanım Əliyevanın 92-ci il dönümü

Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın 92-ci il dönümü münasibətlə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunmuş tədbirdə çıxış etdilər. Tədbirin konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz” qəzəl-romansı, Müslüm Maqomayevin “Azərbaycan”, Cahangir Cahangirovun “Ana”, Səid Rüstəmovun “Həkim qız”, Tofiq Quliyevin […]

Ətraflı >>