Azərbaycan Milli Konservatoriyasında
2 fakultə fəaliyyət göstərir:
— “İfaçılıq”
— “Musiqi tarixi və nəzəriyyəsi”

  • İfaçılıq
  • Musiqi tarixi və nəzəriyyəsi
  •  

    İfaçılıq” fakültəsinin dekanı – sənətşünaslıq üzrə fəlsəfə dokroru, dosent Səadət Saday qızı Verdiyeva.

     

     

    “İfaçılıq” fakültəsinin tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:

    Xalq çalğı alətləri” kafedrası.Kafedranın müdiri, ə/m. AMK-nın professoru Əzizov Ramiz Mahmud oğludur. “Xalq çalğı alətləri” kafedrasında İxtisas-not ifaçılığı,İxtisasın tədris metodikası, Kamera ansamblı və s. fənnlər tədris olunur.

    Muğam-Xanəndə” kafedrası. Kafedranın müdiri, professor, xalq artisti İbrahimov Mənsum İsrafil oğludur. Muğam-xanəndə kafedrasında Vokal sənəti-xanəndə ixtisası üzrə təhsil alan tələbələr tərəfindən Azərbaycanımızın milli sərvəti olan muğamlarımız, həmçinin, xalq və bəstəkar mahnılarımız ifa edilir. “Muğam-Xanəndə” kafedrasında İxtisas-xanəndə ifaçılığı, Aktyor sənətinin əsasları, Opera sinfi və s. fənnlər tədris olunur.

    İnstrumental muğam” kafedrası. Kafedranın müdiri, xalq artisti, dosent Mansurov Malik Məmməd oğludur. “İnstrumental muğam” kafedrasında Muğam ifaçılığı, Müşayiət sinfi, Azərbaycan xalq rəqs musiqisi, İxtisas aşıq sənəti fənnləri tədris olunur.

    Humanitar fənnlər” kafedrası. Kafedranın müdiri Filalogiya elmləri

    namizədi, dosent Qurbanov Firudin Əliağa oğludur. “Humanitar fənnlər” kafedrasında bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycan tarixi, Xarici dildə işgüzar və akademik kommunikasiya, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Fəlsəfə və s. fənnlər tədris olunur.

    Fortepiano” kafedrası.Kafedranın müdiri AMK-nın dosenti,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru Şahməmmədova Naibə Maqsud

    qızıdır.Fortepiano kafedrasında bütün ixtisaslar üzrə təhsil alan tələbələr

    müxtəlif ölkə bəstəkarlarının əsərlərini öyrənir, ifa edirlər.


  • “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin dekanı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Mirzəyeva Cəmilə Bəşarət qızı

     

     

     

    “Musiqi tarixi və nəzəriyyəsi” fakultəsinin tərkibində olan kafedralar:

    1.  Musiqinin tarixi və nəzəriyyəsi kafedrası
    2. Dirijorluq kafedrası
    3. Etnomusiqişünaslıq
    4. Milli vokal kafedrası
    5. Populyar musiqi və caz ifaçılığı kafedrası

    “Musiqi tarixi və nəzəriyyəsi” fakultəsində Musiqişünaslıq, dirijorluq, Bəstəkarlıq, Xalq çalğı alətləri, Milli nəfəs və zərb alətləri və Solo oxuma (xanəndə) ixtisasları üzrə təhsil alan tələbələr, musiqişünaslıq elminin tarixini, musiqi nəzəriyyəsini, dirijorluq sənətinin incəliklərini, tarixini, rus, ingilis dillərini və s. öyrənirlər.

    1. “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında bakalavriat üzrə Xarici musiqi tarixi, Azərbaycan xalq mus əsasları, Harmoniya, Musiqişünaslığa giriş, Azərbaycan xalq musuqisi nota yazılması, Solfecio, Polifoniya, İxtisas fənnin tədris metodikası, Azərbaycan xalq musiqi yaradıcılığı, Musiqi tənqidi, Azərbaycan musiqi tarixi, Azərbaycan xalq musiqisnin əsasları, Musiqi əsərlərinin təhlili, Xüsusi pedaqoji hazırlıq, Türk xalqların musiqisi, Şərq xalq şifahi ənənəli profil musiqisi, Tarixi musiqişünaslıq, Nəzəri musiqişünaslıq, Muğam, Orkestr üslubu və tarixi, Musiqi tarixi, Musiqi menecmenti, Muasir musiqi, Musiqi forması, Musiqi nəzəriyyəsi, Musiqi nəzəriyyəsnin əsasları və harmoniya, Muğam sənəti, Tədbiqi etnomusiqişünaslıq, Xalq musuiqi quruluşu və xüsusiyyətləri, İfaçılıq sənətinin tarixi, Xarici musiqi tarixi, Aşıq musiqi tarixi və nəzəriyyəsi, 6. Orta əsr musiqi alətəri, Teatr drmaturgiyası fənnləri, magistratura üzrə isə Musiqinin müasir problemləri, Musiqişünaslığın tarixi və metodologiyası, Şərq xalqlarln şifahi ənənli profil musiqisi, Musiqi tədrisinin aktual problemləri, Xalq musiqi nümunələrinin təhlili, Musiqi nəzəriyyəsinin sistemləri, Mənbəşünaslıq, XX əsr musiqi tarixi və nəzəriyyəsi, Musiqi kulturologiyası, Tədqiqat üsulları, Musiqinin janr və üslub nəzəriyyəsi, Milli musiqinin aktual problemləri, Muğam not metodikası, Art menecment, Musiqi akustikası, Musiqi folklor nəzəriyyəsi, Din və musiqi, Sahə araşdırması metodikası, Etnomusiqişünaslığın əsasları, Türk xalqlarının mifologiyası, Xalq musiqisində not metodikası, İnstrumental muğam ifaçılığının metodologiyası, Etnoorqonologiya fənnləri,

    2. “Dirijorluq” kafedrasında Dirijorluq, Xor sinfi, Alətşünaslıq və simfonik alətlərlə tanışlıq, İxtisas fənninin tədris metodikası, Xor və orkestrlə təcrübə işi, İfaçılıq təcrübəsi , Orkestrləşdirmə, Orkestrləşdirmə və köçüurmə, XÇA partitura oxunuşu, Simfonik və XÇA partitura qiraəti, Xor yazısının əsasları, Aranjeman, Alətşünaslıq və orkestrləşdirmə, Xüsusi pedoqoji hazırlıq, Simfonik orkestr alətlərinin orkestrləşdirilməsi, Simfonik orkestr alətləri və orkestr, XÇA orkestrləşdirmə, Dissertasiya işi.

    3. «Etnomusiqişünaslıq» kafedrasında ənənəvi musiqi araşdırılır, öyrənilir və tədris olunur.