Quliyev Riad Pərviz oğlu 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

 

 

 

 

1984 – 1993-cü ilə kimi Nəsimi rayonu 211 saylı orta məktəbində təhsil alıb.

1993 -cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə fortepiano fakultəsinə qəbul olub.

1995 – ci ildə “Fransız” adlı bədii filmində musiqi redaktor vəzifəsində çalışıb.

1997- ci ildə fortepiano fakultəsi üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini əla qiymətlərlə bitirib.

1997- ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinə daxil olub.

2000 – ci ildə “İlin ən yaxşı konsertmeyster” müsabiqəsində laureat adına layiq görülmüşdür.

2001- ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan ixtisası ilə bakalavr dərəcəsini bitirib.

2004 – 2010 – ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim vəzifəsində çalışıb.

2012 – ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

2012 – 2017 ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti “Musiqi və əyləncəli proqramları redaksiyası” nda baş redaktor müavini.

2013 – 2016 – ci illərdə “Smart Communications” şirkətində kommersiya direktoru vəzifəsində çalışıb.

2017 – 2021 ci illərdə Mədəniyyət Kanalın direktor müavini vəzifəsində çalışıb.

2021 – 2023 ci ildən Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
2023 ci ildən Azərbaycan Milli Konservatoriyasının Konsert, Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri.

2024 ci ildən Azərbaycan Milli Konservatoriyasının rektor müşaviri.

İkinci təhsil olaraq 2017 – 2021 ci ildən Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakültəsində təhsil alıb.

 

Ailəlidir,iki övladı var.