İSSN 2522-1612 Online
İSSN 2518-7074 Print
DOI: 10.62440

Azərbaycan Milli Konservatoriyası təsis edildikdən bir müddət sonra elmi tədqiqat işinin tədris prosesi ilə əlaqələnməsi və qarşılıqlı təmasını təşkil etmək məqsədi elmi jurnalın yaranmasının labüdlüyünü gündəmə gətirdi. Azərbaycan Milli Konservatoriyası Elmi Şurasının 26 dekabr 2008-ci il tarixli 7 saylı protokolu ilə təsdiq edilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmış “Konservatoriya” elmi jurnalı fəaliyyətə başladı. Jurnalın fəaliyyət istiqaməti sənətşünaslıq üzrə olduğundan burada musiqişünaslıq, etnomusiqişünaslıq elmi ilə yanaşı təsviri incəsənət, xoreoqrafiya, filologiya, fəlsəfə, teatr və s. bu kimi istiqamətli elmi məqalələr dərc olunur.

“Konservatoriya” elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na salınmışdır. Müasir zamanın yeni tələblərinə görə respublikada mövcud olan elmi jurnallarla bərabər bir daha təftişdən keçdikdən sonra 2020-ci il üçün yenidən nizamlanmış siyahıya daxil edilib. “Konservatoriya” elmi jurnalı ildə 4 dəfə (üç aydan bir) nəşr edilir. Dərgidə Azərbaycan, ingilis, türk, rus və başqa dillərdə məqalələr dərc olunur.

“Konservatoriya» elmi jurnalı 2016-cı ildən etibarən Print və Online İSSN almışdır. “Konservatoriya” elmi jurnalının ROAD (Directory of open access scholarly resources) Elmi qaynaqların açıq əldə etmə resursu üzrə axtarış sistemində qeydiyyatdadır.

 

“Konservatoriya” jurnalı elmi məqalələri internet saytında yerləşdirməklə açıq siyasət (PLOS (İctimai elmi kitabxana) Open Access Public Library of Science) yeridir. Açıq istifadədə olan jurnal o deməkdir ki, bütün məqalələri ilə birlikdə hər istifadəçi üçün ödənişsiz və rahat əldə ediləndir. Bir şərtlə ki, əldə edilən informasiya qeyri kommersiya məqsədi ilə istifadə ediləcək. İstifadəçilər məqalələri oxuya, köçürə, paylaşa, kopyalaya, axtara və istinad edə bilərlər. Bu zaman istinad verərkən müəllifdən icazə almağa ehtiyac yoxdur. Redaksiyanın riayət etdiyi bu mövqe 2002-ci il Budapeşt açıq əldə etmə təşəbbüsü qaydalarına uyğundur.

 

Dərgi Commons Attribution-Non- Commercial 4.0 İnternational License – Beynəlxalq Lisenziyası əsasında lisenziyalaşdırılıb. “Konservatoriya” jurnalı SİS (Scientific İndexing Service – Elmi indeksasiya xidmətləri) bazasında 6129 nömrəsi altında qeydiyyatdadır. (Journal İD:6129 page 307). Bu bazada fərdi səhifəmiz mövcuddur.

 

2019-cu  ildən  etibarən  “Konservatoriya”  jurnalı РИНЦ (Россиискии Индекс Научного Цитирования) ilə müqavilə bağlamışdır. (Müqavilə 257-07/2019). “Konservatoriya” jurnalının 2016-cı ildən etibarən https://www.elibrary.ru saytında yerləşdirilir. Azərbaycan Milli Konservatoriyasının və “Konservatoriya” jurnalının fərdi səhifəsində həm jurnal, həm də məqalələr barədə bütün informasiya əks edilir. 2023-cü ildən etibarən “Konservatoriya” jurnalı DOI (Digital Object Identifier) əldə etmiş və DOI: 10.62440 prefiksi ilə rəqəmsal məkanda yer almışdır.

“Konservatoriya” elmi jurnalı Copernikus və Zenodo bazasında qeydiyyatdan keçmişdir.