Azərbaycan Milli Konservatoriyasında ORCID sistemi ilə bağlı elmi seminar keçirilib

27 oktyabr 2026 cı il tarixində Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında Elm, yaradıcılıq və beynəlxalq əlaqələr mərkəzinin baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın “ORCID və onun elmi platforma üçün əhəmiyyəti” mövzusunda elmi seminarı keçirilib. Konservatoriyanın professor-müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda Humay Fərəcova-Cabbarova müasir elmi fəaliyyətdə mühüm əhəmiyyət daşıyan ORCID sistemi, […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının müəllimləri Zəngilan Şəhəri Günü konsertində çıxış ediblər

Oktyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan Şəhəri Günü münasibətilə keçirilən konsert proqramında Azərbaycan Milli Konservatoriyasının müəllimləri çıxış ediblər. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri – “İnstrumental muğam” kafedrasının dosenti Elnur Əhmədov (kamança), “Xalq çalğı alətləri” kafedrasının baş müəllimi Şəhriyar İmanov (tar), həmçinin “Qaya” musiqi […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası Ərtoğrol Cavidin 107 illiyinə həsr olunan tədbirdə çıxış edib

Oktyabrın 22-də Hüseyn Cavidin Ev-Muzeyində qısa ömür sürməsinə baxmayaraq, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş istedadlı bəstəkar, musiqişünas və folklor tədqiqatçısı Ərtoğrol Cavidin anadan olmasının 107-ci ildönümünə həsr olunmuş “Susmayan səs – Ərtoğrol Cavid” adlı tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası tərəfindən təqdim olunub. Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri, sənətşünaslıq üzrə […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası ilə Özbəkistanın Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

16–17 oktyabr 2026-cı il tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamila Dadaş-zadə iştirak edib. Professor Kamila Dadaş-zadə forumun “Qlobal körpülərin qurulması: Özbəkistan–Azərbaycan ali təhsilində beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda keçirilən ikinci panel müzakirəsində […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının nümayəndələri Ramiz Mustafayevin 100 illiyinə həsr olunmuş “Vaqif” operasında iştirak ediblər

16 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Vaqif” operasının nümayişində Azərbaycan Milli Konservatoriyasının “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, “İnstrumental muğam” kafedrasının dosentləri – Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur […]

Ətraflı >>