
Məmmədov Xəyal Ramin oğlu 06 dekabr 2002-ci ildə Tovuz rayonun Qovlar şəhərində anadan olmuşdur.
2017-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinin “Ətraf Mühitin Qorunması və təbii ehtiyyatlardan səmərəli istifadə” ixtisasına ödənişsiz əsaslarla qəbul olmuş və kolleci fərqlənmə diplomu ilə başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə namizədliyini irəli sürərək seçkidə qalib gəlmiş və 2018-2021-ci illərdə Tovuz Dövlət Sosial-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatının sədri olmuşdur. Xəyal Məmmədov eyni zamanda Tovuz Gənclər Evinin “XOR” dərnəyinin rəhbəri vəzifəsini icra edib. Eyni Zamanda Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyində fəaliyyət göstərib. 2019-cu ildə Tovuz rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının səhiyyə komitəsinin üzvü, 2021-ci ildə də Tovuz rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının sədri vəzifəsinə təyin olunub. Eyni zamanda Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi və BAKU İDEALAB’ın Sağlamlıq Carçıları layihəsi çərçivəsində Sağlam Həyat Tərzi üzrə “Beynəlxalq dərəcəli təlimçi” adı almışdır. 2020-ci ildə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin Tovuz rayonu üzrə koordinatoru vəzifəsinə təyin edilmişdir. Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin və Əbədi Birlik Gənclər İctimai Birliyinin sədr müavini vəzifələrini icra etmişdir. 44 Günlük Vətən Müharibəsi zamanı göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatının sədri” nominasyası ilə təltif olunmuşdur. Gənclər Təhsil Mərkəzinin Tədris islahatları üzrə müdir vəzifəsini icra etmiş və göstərdiyi xidmətlərə görə “Peşəkar Gənc”, “İlin Gənci” nominasiyaları ilə təltif olunmuşdur.
Eyni zamanda Orta Doğu Teknik Üniversitesinin təşkil etdiyi distant təhsillə “Kişisel Stress Yönetimi” ixtisası üzrə təhsil alıb. Azərbaycan Konstitusiya Məhkəməsinin Respublika Gəncləri arasında keçirdiyi Hüquq Olimpiyadasının qalibidir.
“Xanəndələr üçün musiqi nəzəriyyəsi fənnindən əl kitabçası” və “Şizofren Psixoloq” adlı 2 kitabın müəllifidir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsində “Xanəndəlik” ixtisası üzrə 2-ci kursda təhsil alır.
Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT, tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.
TGT-nin daxilində 6 Departament, 4 Mərkəz və Ümumi şöbə fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyasının daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, konsertlər, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nin üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə başlayır.
Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni İnsan Resursları Departamenti təşkil edir. Bundan əlavə, hər ixtisasın qruplar üzrə nümayəndələri olur.
Bu sistem vasitəsi ilə AMK TGT tələbələrin asudə vaxtının təşkilində, onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.