16 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Vaqif” operasının nümayişində Azərbaycan Milli Konservatoriyasının “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, “İnstrumental muğam” kafedrasının dosentləri – Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, “Milli vokal” kafedrasının müəllimləri – Əməkdar artist Ramil Qasımov, Fatimə Cəfərzadə və Taleh Yəhyaev iştirak ediblər.
Tamaşada Ramil Qasımov Vaqif, Fatimə Cəfərzadə Xuraman, Taleh Yəhyaev Qacar obrazlarını canlandırıblar. Mənsum İbrahimov və Təyyar Bayramov xanəndə obrazlarında çıxış ediblər. Tamaşada xanəndələri tardа Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edib.





