Azərbaycan Milli Konservatoriyasının Xüsusi şöbəsinin işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası tərəfindən 2005-ci ildə tərtib edilmiş “Dövlət sirrinin Mühafizəsi üzrə Normativ Hüquqi Aktlar” kitabına və iş planına əsasən aparılır.

Xüsusi şöbə Azərbaycan Milli Konservatoriyasının I Tədris binasının 2-ci mərtəbəsində yerləşir.

Xüsusi şöbənin əsas məqsədi tabeçiliyində olduğu yuxarı təşkilatların tələb və direktivlərini ciddi məxfilik rejimdə yerinə yetirməkdir. Bələ ki, məlumat daşıyıcılarının “məxfi” saxlanılmasına və onlar haqqında məlumatların yayılmasına ciddi nəzarət edilir.

AR Elm və Təhsil Nazirliyinə Xüsusi şöbənin fəaliyyəti dövründə yerinə yetirilmiş işlər haqqında illik hesabat və məxfi işlərin aparılması və məlumat daşıyıcıları haqqında arayış və məktublar tərtib olunur.

AR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə AMK-da işləyən və bronlaşmış hərbi vəziyyətlilər haqqında 6 saylı hesabat blankı və məktub hazırlanır.

AR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə AMK-da işləyən və bronlaşmış hərbi vəziyyəti haqqında 6 saylı hesabat blankı və məktub təqdim edilir.

AR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə AMK-da təhsil alan bakalavr, magistr, doktorant pilləsində təhsil aldıqlarına dair Forma 10 arayışları təqdim edilir.

Xüsusi şöbənin ştat cədvəlinə əsasən tərkibi – Xüsusi şöbənin müdiri Ağazadə Günay Razi qızı.