Azərbaycan Milli Konservatoriyasının İnformasiya Texnoloqiyaları Şöbəsi 15 sentyabr 2014-cü ildən başlayaraq fəaliyyət göstərir. Şöbənin məqsədi texnologiyanı yaxından izləyərək, təhsil və araşdırmalara dəstək təmin etmək, universitetin ehtiyac duyacağı digər məlumat əməliyyat xidmətlərini qüsursuz yerinə yetirmək, şəbəkə avadanlıqlarına texniki və proqram xidmətı göstərmək,sıradan çıxmış kompüter hissələrinin diaqnostikası və dəyişdirilməsini təmin etmək, köhnəlmiş kompüterilərin yenisi ilə əvəz etmək, konfranslar, konsertlər və başqa tədbirlər zamanı texniki dəstək göstərmək, AMK-nın strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsinin, məlumat mübadiləsinin təşkil edilməsi, mövcud sistemlərin qüsursuz və etibarlı işləməsini təmin etmək, istifadə olunan texniki vasitələrin vaxtında yeniləməsini təmin edilməsi, yeni serverlərin və şəbəkə avadanlıqlarının alınması üçün sifarişlərin hazırlanması, alınması və istifadəyə verilməsinin həyata keçirilməsini təmin etmək.

Şöbənin iki əməkdaşı var:
• İT mütəxəsisi- Ağayev Elşən Qarakişi oğlu
• İT Texniki dəstək üzrə mütəxəsis (Helpdesk) – Qəhrəmanova Xədicə Çingiz qızı