Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına daha bir töhfə. 14.02.2024 tarixində Azərbaycan Milli Konservatoriyası bu dəfə möhtəşəm və fərqli layihə ilə təbriklərə davam etdi. Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kəriminin bəstəsi olan “Dəmir Yumruq” musiqi əsəri Dəniz Mollda nümayiş etdirilib. Nümayiş Yasamal Rayonu Icra Hakimiyyətinin dəstəyi ilə fləşmob şəklində həyata keçirilib. Layihə böyük marağa səbəb olub. Fləşmobda Azərbaycan Milli Konservatoriyasının tələbə, müəllim və idarə heyəti iştirak edib. Mus : Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Söz : Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat muzeyinin direktoru, filologiya elmləri doktoru, akademik Rafael Hüseynov Aranjiman : Əməkdar artist, populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri Emil Əfrasiyab Xormeyster : Dirijorluq kafedrasının müdiri, dosent Leyla Zalıyeva Prodüser : Riad Quliyev İştirakçılar : Xalq artisti Siyavuş Kərimi, Xalq Artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov, Xalq artisti Şirzad Fətəliyev, Əməkdar artist Kamran Kərimov, Əməkdar artist Elnur Əhmədov, Renever studio. xalq artisti Ənvər Sadıqov Populyar musiqi və caz ifaçılığı kafedrasının tələbəsi VüsaL Rzasoy, səs rejissoru :Bəxtiyar Həsənov Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivləri, bütün idarə heyəti bu möhtəşəm layihəni təqdim edir. Beləliklə, Yasamal İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gələn, çəkilişi “Qaribov Media” şirkətinə məxsus olan Dəniz Mollda nümayiş olunan bu möhtəşəm layihəni təqdim edirik.