Azərbaycan Milli Konservatoriyasında “Beynəlxalq Sülh Günü” qeyd olundu.

Hər ilin 21 sentyabr tarixi dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir. Bu müsasibətlə Azərbaycan Milli Konservatoriyasında da sülh və insan hüquqları ilə bağlı tədbir keçirildi. Əhalinin hüquq və düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə keçirilən maariflənmə tədbirində AMK professor, müəllim və tələbə heyəti iştirak […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Norveçin Azərbaycandakı səfiri ilə görüş.

AMK-da Norveçin Azərbaycankı Səfiri ilə görüş keçirildi. Görüşdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, həmçinin Konservatoriyanın Tədris işləri üzrə prorektoru, professor Malik Quliyev və Elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova Norveçin Azərbaycandakı səfiri Bord İvar Sventsen və səfirliyin nümayəndə heyəti ilə milli mədəni əlaqələrin qurulması məsələlərini müzakirə etdilər. AMK ilə Norveç arasında təhsil […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının məzunları 5-ci “Transatlantik Film ve Film musiqisi festivali”nda “Honourable Mention Award” diplomu ile mükafatlandırıldı.

AMK-nın məzunları Rövşən Əsgərzadə və Roozbeh Parandeh “Transatlantik Film ve Film musiqisi festivali”nda “Honourable Mention Award” diplomu ile mükafatlandırıldı. Qeyd edək ki, bu festival film musiqisi üzre dünyada ilk onluğa daxil olan mötəbər festivallardan biridir. 2000-ildən etibarən başlayan festival artıq 5-ci dəfədir keçirilir. Festivalin yaradıcısı ve direktoru “Finding Neverland” filmine yazdiği musiqiyə görə Oscar mükafatına […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adlar verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar artist” Əhmədov İlkin Qəmbər oğlu Ələkbərov Ələkbər Kərim oğlu Əsədullayev Toğrul Mirnazim oğlu Kərimov Kamran Seyran […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının müəlliməsi ABŞ-da beynəlxalq müsabiqədə birinci oldu.

AMK-nın “Xalq çalğı alətləri” kafedrasının müəlliməsi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib. Bir çox ölkələrdən musiqiçilərin iştirak etdiyi müsabiqədə Natəvan Həsənova ən yüksək performansa görə də mükafatlandırılıb. Qalib olaraq N.Həsənovaya “Best Perfomance Award” diplomu təqdim edilib. Qeyd […]

Ətraflı >>