AMK və ADMİU –nun əməkdaşlıq sazişi

Aprel ayının 29-da iki ali təhsil müəssisəsi – Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq haqqında saziş bağlandı. Bu münasibətlə hər iki ali məktəbin müəllim və tələbə heyətinin birgə iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbir AMK-da baş tutdu. Öncəliklə AMK-nın rektoru Siyavuş Kərimi və ADMİU-nun rektoru Fərəh Əliyeva çıxış edərək […]

Ətraflı >>

Ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş Şakir Süleymanovun Solo konserti.

Azərbaycan Milli Konservatoriyasında Ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunan silsilə tədbirlər davam etməkdədir. Belə konsertlərdən biri də aprel ayının 27-də baş tutdu. AMK-nın I kurs tələbəsi, Respublika müsabiqə və festivallar laureatı Şakir Süleymanovun solo konserti keçirildi. İfaçılıq fakultəsində ixtisas fənnindən Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun sinfində, muğam fənnindən isə Respublikanın əməkdar […]

Ətraflı >>

Fəxrəddin Salimin elmi seminarı

“Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, musiqiçi Fəxrəddin Salim (Baxşəliyev)in “Mistik-sufi dünyagörüşü ilə milli musiqin janrlarının tarixi və nəzəri əlaqə prinsipləri” mövzusunda elmi seminar keçirildi.

Ətraflı >>

Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılının xoru Milli Konservatoriyanın səhnəsində.

Azərbaycan Milli Konservatoriyasında daha bir tədbir baş tutdu. Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi həyata keçirildi. Tədbirdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılının xoru çıxış edirdi. Qeyd edək ki, kollektivin bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti, Ağaverdi Paşayev, xormeyster Fəxrəddin Atayevdir. Konsertin proqramı olduqca zəngin […]

Ətraflı >>