Canlı Korifeyimiz, Arif Babayevin doğuum günü münasibəti ilə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi tərəfindən Milli Konservatoriyanın “Muğam Klub”unda dahi sənətkar üçün möhtəşəm tədbir keçirildi. Tədbirdə Milli Konservatoriyanın rektoru, professor, müəllim və işçi heyəti, Arif müəllimi təbrik etdi. Milli Konservatoriyanın Rektoru Siyavuş Kərimi Arif Babayevi Azərbaycan Milli Konservatoriyasının Xatirə Medalı ilə təltif etdi. Tədbir Milli Konservatoriyanın müəllimləri, görkəmli sənətkarların musiqili çıxışları ilə yada qaldı. Ölməz sənətkarımızı bir daha təbrik edirik!