Konsert, Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri:

Quliyev Riad Pərviz oğlu

1984 – 1993-cü ilə kimi Nəsimi rayonu 211 saylı orta məktəbində təhsil alıb.
Bülbül adına orta ixtisas musiqi məktəbinə fortepiano fakultəsinə qəbul olub.(1993 -cu ildə)
“Fransız” adlı bədii filmində musiqi redaktor vəzifəsində çalışıb.(1995 – ci ildə)
Fortepiano fakultəsi üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini əla qiymətlərlə bitirib.(1997- ci ildə)
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinə daxil olub.(1997- ci ildə)
“İlin ən yaxşı konsertmeyster” müsabiqəsində laureat adına layiq görülmüşdür.(2000 – ci ildə)
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan ixtisası ilə bakalavr dərəcəsini bitirib.(2001- ci ildə)
Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim vəzifəsində çalışıb.(2004 – 2010 – ci illərdə)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.(2012 – ci ildən)
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti “Musiqi və əyləncəli proqramları redaksiyası” nda baş redaktor müavini.(2012 – 2017 ci illərdə)
“Smart Communications” şirkətində kommersiya direktoru vəzifəsində çalışıb.(2013 – 2016 – ci illərdə)
Mədəniyyət Kanalın direktor müavini vəzifəsində çalışıb.(2017 – 2021 ci illərdə)
Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.(2021 – 2023 ci ildən)
2023 ci ildən Azərbaycan Milli Konservatoriyasının Konsert, Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri.
2024 ci ildən Azərbaycan Milli Konservatoriyasının rektor müşaviri.
İkinci təhsil olaraq 2017 – 2021 ci ildən Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakültəsində təhsil alıb.
Departament, 1 dekabr 2014-cü ildən başlayaraq fəaliyyət göstərir.
Departamentdə altı işçi çalışır:

  • Departamentin rəhbəri
  • İşıq rəssamı
  • Səs rejissoru
  • Səhnə işçisi (2 nəfər)
  • Çəkiliş operatoru

Departamentinin fəaliyyəti:

  • Tədbirlərin təşkil olunması.
  • Görkəmli ictimai və mədəniyyət xadimlərinin Konservatoriyada, professor-müəllim və tələbə heyyəti ilə görüşlərinin keçirilməsi.
  • Bakı zalında mütəmadi olaraq həftənin 1-ci və 4-cü günləri, saat 17:00 da “Musiqi saatı”ının təşkil olunması.
  • Ustad sənətkarların yubiley gecələrinin keçirilməsi.
  • Ölkənin ali tədris məktəblərində, müəssisələrində, müsabiqələrdə, konsertlərdə, tələbələrin iştirakinın təmin olunması.
  • Konservatoriyada keçirilən dövlət imtahanlarının Böyük zalda təşkil olunmasına dəstək.
  • Xarici ölkələrinin Səfirlikləri ilə müştərək iş birliyi.
  • Respublika və Beynəlxalq muğam müsabiqələrinin təşkil olunması.
  • AMK-da keçirilən bütün tədbirlər çəkilişlərinin arxivləşdirilməsi.