Əliyeva Vəfa İntiqam qızı 1973 – cü ildə Bakı şəhərində anadan olub.Məktəb illəri 1980 – 1990 cı illəri əhatə edir.1991 – ci ildə Bakı Dövlət Universitetinin kitabşünaslıq fakültəsinə qəbul olub.

 

 

 

1997 ci ildə təhsili başa vurub.2003 – cü ildən Azərbaycan Milli Konservatoriyasına kitabxana müdürü vəzifəsinə təyin edilib.Ailəli, bir oğlu var.

Kitabxanada iki işçi var.

Kitabxanaçı – Məmmədova Sevinc Yaqub qızı.

Biblioqraf – Heydərli Könül Sahib qızı

Kitabxananın fondur 14.284 kitab və not vəsaitindən ibarətdir.

Kitabxananın fondu dərslik kitablar, not, bədii ədəbiyyat, qəzet və jurnaldan ibarətdir.Fondumuz KBT əsasında qurulmuşdur.Fonda sistemli katoloqdan istifadə olunub.Sistemli katoloq daxilində əlifba – predmet göstəricisi var.Fondumuzda KBT – nin (6/8) ictimai və humanitar elmlər bölgüsü üstünlük təşkil edir.