Azərbaycan Milli Konservatoriyasının professoru,Sənətşünaslıq üzrə fəlsəfə doktoru Quliyeva Leyla  “İmtahan mərkəzi”nin rəhbəri

 

 

 

 

Quliyeva Leyla Zəki qızı 1987-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbinin fortepiano sinfinə daxil olmuşdur. 1998-ci ildə məktəbi fərqlənmə ilə bitirmiş və həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqişünaslıq” ixtisasına daxil olmuşdur. 2002-ci ildə fərqlənmə diplomu ilə bakalavr, 2004-cü ildə isə fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir. Həmin ildən Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdı. 2005-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertanturasına daxil olmuşdur. Quliyeva Leyla daim elmi fəaliyyətlə məşğul olur, respublikada, eləcə də bir çox xarici nəşriyyatda məqalələri ilə çıxış edir. 2008-ci il dekabr ayının 5-də sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda  dissertasiya işini uğurla müdafiə etmişdir. 2010-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.  2010-2015 ci illərdə Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında baş müəllim, 2015-ci ildə dosent vəzifəsinə seçilərək  çalışmışdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının 25 iyul 2019-cu il tarixli (protokol №15-K) qərarı ilə təsdiq edilmiş Dosent elmi dərəcəsinə layiq görülmüçdür. 2022-ci ildə “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında professor vəzifəsinə seçilmişdir. 2013-2017-ci illərdə “İfaçiliq” fakültəsinin dekanı, 2017-2018-ci illərdə “Musiqi sənəti” fakültəsinin dekanı, 2018-2023-cü illərdə “İfaçılıq” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2023-cü il dekabr ayının 12-də Azərbaycan Milli Konservatoriyasının “İmtahan mərkəzinin rəhbəri” vəzifəsinə təyin olunub.  Hal hazırda bu vəzifəni böyük məsuliyyətlə daşıyır. Elmi –pedoqojı fəaliyyətə başladığı illərdən  Azərbaycan, Macarıstan, İtaliya, Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. 2022-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdü

 

“Xarici musiqi tarixi”, “Musiqi tarixi”, “ Müasir musiqi” proqramlarının, həmçinin “Azər Rzayev” və “Həsən Rzayev” kimi bəstəkarların yaradıcılığına həsr olunmuş kitabça, “Azər Rzayevin həyat və yaradıcılığı” adlı metodiki vəsait,  “Cahangir Cahangirov” adlı monoqrafiya, “Xarici musiqi tarixi fənni üzrə Müntəxabat” adlı dərs vəsaiti və s. elmi əsərlərin müəllifidir.Azərbaycan Milli Konservatoriyasının“Musiqinin tarixi və nəzəriyyəsi”kafedrasının Professoru.