Beynəlxalq əlaqələr departamentinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Əhmədova
Əhmədova Aygül Şahmirzə qızı 2004-cü ildə Şuşa musiqi kollecinə Fortopiano ixtisası üzrə daxil olmuşdur. 2008-ci ildə Şuşa musiqi kollecinin Fortopiano ixtisası üzrə Subbakalavr dərəcəsini (fərqlənmə ilə) biritmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini İnstrumental ifa ixtisası üzrə Bakalavr dərəcəsini fərqlənmə diplomu ilə, 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasını Etnomusiqişünas ixtisası üzrə Magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasında elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır. 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasında Doktorantura pilləsinə daxil olmuşdur. 2021-ci ildən Azərbaycan Milli Konservatoriyası “Etnomusiqişünaslıq” kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2022-ci ildə “Azərbaycanın Qarabağ bölgəsinin əmək mahnıları: tipologiya və semantikası” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
A.Əhmədova respublika və xarici ölkələrdə təşkil olunmuş elmi-nəzəri konfranslarda, simpoziumlarda, konqreslərdə dünya musiqi elmində aktuallıq təşkil edən mövzularla çıxış edir. Onun məruzələri musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.
1 mart 2023-cü il tarixindən Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsini icra edən Aygül Əhmədova Azərbaycan Milli Konservatoriyasının beynəlmiləlləşməsi kontekstində əcnəbi tələbələrin cəlbi, beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq təhsil məkanında AMK-nın rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyasının (AMK) Beynəlxlaq Əlaqələr Departamentinin əsas fəaliyyəti.
Konservatoriyanın beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, tanınmış konservatoriyalar və universitetlərarası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması və AMK-nın beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn məsələlərin həllini özündə əhatə edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir. AMK-nın Beynəlxlaq Əlaqələr Departamenti beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasını mühüm, prioritet amil hesab edir. Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan AMK dünyanın bir çox tanınmış konservatoriyaları, universitetləri ilə ortaq layihələr həyata keçirir və tərəfdaş nüfuzlu ali təhsil müəssisələri ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir.
Beynəlxalq Əlaqələr Departamentinin əsas fəaliyyət istiqamətləri:
➢ AMK-nın beynəlxalq əməkdaşlıq sahəsində işlərinin tənzimlənməsinin və təkmilləşdirilməsinin icrasına dəstək vermək;
➢ ANK-da beynəlxalq mübadilə proqramlarının sayının artırılması işinə dəstək;
➢ Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin əlaqələndirilməsi;
➢ Dünyanın tanınmış konservatoriyaları, universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının işlənib hazırlanması;
➢ AMK-da beynəlxalq və yerli təşkilatların xətti ilə müxtəlif beynəlxalq proqramların, layihələrin həyata keçirilməsi işini əlaqələndirmək.
Beynəlxalq Əlaqələr Departamentinin əsas funksiyaları:
* Yüksək reytinqli konservatoriyalar və universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
* Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici diplomatik missiyalar və nümayəndəliklər ilə əlaqələrin qurulması;
* Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında iştirakı;
* Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, simpoziumların, konqreslərin və digər möhtəbər tədbirlərin keçirilməsi;
Beynəlxalq Əlaqələr Departamentinin əsas iş istiqamətlərini AMK-nın beynəlmiləlləşməsi kontekstində əcnəbi tələbələrin cəlbi, beynəlxalq təhsil məkanında AMK-nın rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət, xarici vətəndaşlara Azərbaycan Milli Konservatoriyasına qəbul ilə bağlı ətraflı və operativ məlumatın təqdim olunması , viza və miqrasiya məsələləri ilə bağlı sənədləşmə işlərinin aparılması, əcnəbi təhsilalanların tədris prosesində üzləşdiyi problemlərin həlli istiqamətində fəaliyyət, əcnəbi təhsilalanların asudə vaxtlarının təşkili təşkil edir.
Beynəlxalq Əlaqələr Departamentinin məqsəd və vəzifələrinə daxildir:
❖ Azərbaycan Milli Konservatoriyasının yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi;
❖ İkili diplom proqramlarının işlənilib həyata keçirilməsi;
❖ Qrantlar haqqında məlumatların əldə edilməsi və AMK-nın qurumlarının məlumatlandırılması;
❖ İcra edilən layihələr haqqında məlumat bazasının yaradılması;
❖ AMK-nın beynəlxalq təhsil məkanına inteqrasiyasının genişləndirilməsi istiqamətində fəaliyyət;
❖ AMK – da təhsil alan əcnəbi tələbələrin akademik mobilliyinin artırılmasına yönəlmiş şəraitin yaxşılaşdırılması;
❖ Xarici universitetlər, konservatoriyalar, ali musiqi təhsili təqdim edən nüfuzlu təhsil ocaqları, təşkilatlar və fiziki şəxslərlə bağlanmış müqavilələrə uyğun olaraq AMK -da xarici vətəndaşların təhsilinin təşkili ilə bağlı məsələlərin həlli;
❖ Əcnəbi vətəndaşların AMK – da təhsil almaq üçün təhsil alacaqları ixtisasa və dil biliklərinə yiyələnmək məqsədilə
hazırlıq kurslarına qəbulla bağlı məsləhətlərin verilməsi və təşkilati köməkliyin göstərilməsi;
❖ AMK tərəfindən göstərilən təhsil xidmətləri haqqında məlumatlılığın artırılması və yeni əcnəbi tələbələrin cəlb edilməsi üçün şəraitin yaradılması;
❖ Əcnəbi tələbə klubunun, əcnəbi məzunlar birliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi;
❖ Xarici tələbələrin vahid məlumat bankının formalaşdırılması;
❖ AMK-da təhsil alan əcnəbi tələbələrə sosial, pedaqoji və psixoloji yardımın təşkili;
❖ Xarici tələbələrin Azərbaycan Respublikası ərazisində qalması ilə əlaqədar prosedur məsələlərin (sənədləşmə, viza və miqrasiya qeydiyyatı) təmin edilməsi;
❖ Əcnəbi təhsilalanlarla maarifləndirmə işlərinin aparılması (Azərbaycanın tarixi, mədəniyyəti, ərazi bütövlüyü, Dağlıq-Qarabağ münaqişəsi və Qarabağın düşməndən azad olunması və s. mövzularda);
❖ Əcnəbilərin tədris prosesində yaranan problemlərin həlli məqsədilə AMK-nın struktur bölmələri və AMK-dan kənar strukturlarla qarşılıqlı əlaqələrin saxlanılması;
❖ Əcnəbi təhsilalanların asudə vaxtlarının təşkili;
❖ Əcnəbi təhsilalanların istək, təklif və şikayətləri haqqında AMK-nın idarəetmə strukturlarına məlumat vermək və qeyd olunanların həlli istiqamətində fəaliyyət;
Beynəlxalq Əlaqələr Departamenti ilə əlaqə yaratmaq üçün:
Telefon: +99412 539 70 49
E-mail: aygul_ahmedova92@mail.ru
Departamentin əməkdaşları
Ad: Günay
Soyad: Kərimi
Vəzifə: Mütəxəssis
E-mail: gunay.karimi@mail.ru
Ad: Asim
Soyad: Pirverdiyev
Vəzifə: Mütəxəssis
Müasir dövr. Beynəlxalq Əlaqələr Departamenti ali təhsil sahəsində, habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün işlərin koordinasiyası ilə məşğul olur. Beynəlxalq Əlaqələr Departamenti konservatoriyanın rəhbərliyi tərəfindən aparılan siyasətə və öz əsasnaməsinə uyğun olaraq əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlər, konservatoriyalar, musiqi akademiyaları ilə əlaqələri genişləndirir, yeni layihə və tədbirlər hazırlayır, görüşlər həyata keçirir. Respublikada və xarici ölkələrin ali təhsil ocaqlarında (əməkdaşlıq etdiyimiz konservatoriyalar, universitetlər, musiqi akademiyaları daxil olmaqla) təşkil olunan konfrans, simpozium, seminarlar haqqında məlumatlar AMK-nın tələbə və müəllim kollektivinin diqqətinə çatdırılır, onlara həmin tədbirlərdə iştirak etmək üçün Beynəlxalq Əlaqələr Departamenti tərəfindən lazımi köməklik göstərilir. Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, və digər dövlət qurumları həmçinin xarici universitetlər tərəfindən təhsil almaq üçün ayrılmış yer və təqaüdlər haqqında məlumat və elanlar konservatoriyanın kafedra və fakültələrinə bildirilir, departament tərəfindən müsabiqədə iştirak edən namizədlərin sənədləri toplanılaraq müvafiq təşkilatlara göndərilir.
Beynəlxalq Əlaqələr Departamenti AMK-nın professor-müəllim heyətinin, doktorantların, tələbələrin və digər əməkdaşların dövlət xətti və ya konservatoriyalar, universitetlərarası razılaşma yolu ilə ezamiyyətinin bütün formaları üzrə namizədlərin seçilməsinə və onların sənədlərinin hazırlanmasına köməklik göstərir, məsləhət verir, xarici dövlətlərin konservatoriyalarından, universitetlərindən AMK-ya mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmək üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin və yaradıcı kollektivlərin qəbulunu təşkil edir.Beynəlxalq Əlaqələr Departamenti çalışdığı sahə üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qurumları, nazirliklər, beynəlxalq təşkilatların xaricdə və Azərbaycanda yerləşən nümayəndəlikləri və xarici dövlətlərin səfirlikləri ilə, habelə xarici vətəndaşların pasport-viza qeydiyyatını təşkil etmək məqsədi ilə XİN və DİN ilə qarşılıqlı surətdə iş aparır.
Azərbaycan Respublikasının qanunverici və icraedici orqanlarının sənədləri əsasında beynəlxalq əlaqələrin həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, AMK respublikanın beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət strukturları ilə qarşılıqlı əlaqələrini təmin etmək, AMK-nin struktur bölmələri və Beynəlxalq Əlaqələr Departamentinin beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi layihələri və proqramları əlaqələndirmək, Konservatoriyanın beynəlxalq təşkilatlara və cəmiyyətlərə üzv qəbul olunması üçün təkliflər hazırlamaq Beynəlxalq Əlaqələr Departamentinin iş prinsiplərini təşkil edir.
Beynəlxalq Əlaqələr Departamenti tərəfindən AMK-da keçirilən bütün tədbirlərdə (konfrans, simpozium, müsabiqələrdə) əcnəbi tələbələrin yaxından iştirakı təmin olunur. AMK-nı bitirən tələbələrə diplomlar verilir.
Beynəlxalq Əlaqələr Departamentinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Departamentin səmərəli fəaliyyəti nəticəsində dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq müqavilələri imzalanır, tələbə-müəlim mübadiləsi həyata keçirilir, beynəlxalq və respublikadaxili elmi-praktiki konfranslar təşkil olunur. Beynəlxalq Əlaqələr Departamenti tərəfindən AMK-ya gələn xarici qonaqlar yüksək səviyyədə qarşılanır, AMK-nın tələbə və müəllim heyəti ilə görüşlər, seminarlar və dəyirmi masalar təşkil olunur.
Pirverdiyev Asim Eyvaz oğlu 9 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub.
2016-cı ildə orta təhsilini bitirib. 2022-ci ildə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin Estrada sənəti ixtisasına bitirib. 2022-2023-cü illərdə “WISE-Pharma” şirkətində Analitik nümayəndə vəzifəsində çalışıb. Müxtəlif zamanlarda dövlət əhəmiyyətli tədbirlərdə iştirak edərək diplom və sertifikatlarla təltif olunub. 2024-cü ildən MSK-nın MnSK sədri vəzifəsini və Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin İnspektoru vəzifəsini icra edir.