- Sumqayıt musiqi kolleci
- Musiqi kolleci
- İncəsənət gimnaziyası
-
Mehdiyeva Səbinə Mətləb qızı 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur, 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə fortepiano ixtisası üzrə daxil olmuş, 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin ildə Asəf Zenallı adına gənc ifaçıların I Respublika müsabiqəsində diploma layiq görülmüşdür. Məktəb illərində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, S.Bəhlulzadə adına Rəssamlar Qalereyasında, Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, R.Mustafayev adına Milli İncəsənət muzeyində və s. yerlərlərdə dəfələrlə açıq konserlərdə çıxış etmişdir.
1993-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına fortepiano ixtisası üzrə daxil olmuşdur.
1994-cü ildə Tələbə və Aspirantların IV Elmi–ifaçılıq konfransında uğurlu çıxışına görə diplomla təltif olunmuşdur. 1997-ci ildə professor O.Q.Abasquliyevin sinfini bitirib bakalavr dərəcəsini almışdır. Həmin ildə Şimali Osetiyada Z.A.Lolayeva adına Beynəlxalq müsabiqədə “Klassik sonatanın ən yaxşı ifaçısı” diplomuna layiq görülmüşdür. 1999-cu ildə “İlin ən yaxşı konsertmeysteri” Respublika müsabiqəsində diplomla təltif olunmuşdur. 2000-ci ildə Bakı Musiqi Akademiyasının “Böyük zalı”nda solo konsertlə çıxış etmişdir. 1997-ci ildə magistr pilləsinə daxil olmuş, 2000-ci ildə magistr dərəcəsi (ailə vəziyyəti ilə əlaqədar olaraq bir illik akademik məzuniyyətə çıxmışdır) almışdır.
1999-cu ildə ADMİU-da saathesabı, 2000-ci ildən tam ştat müəllim vəzifəsində işləməyə başlamışdır.
2001-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda fortepiano ixtisası üzrə tam ixtisasartırma kursunu bitirmiş və İA №018949 vəsiqə almışdır.
2001-ci ildə Bakı Musiqi Akademiyasında asisstent-stajorluq pilləsinə professor O.Q.Abasquliyevin sinfinə daxil olmuş, 2003-cü ildə oranı əla qiymətlərlə bitirmişdir.
2002-ci ilin yanvar ayında Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə L.Bethovenin 5 nömrəli konserti ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 26 aprel 2002-ci ildə Kapellhaus “Alman-Azərbaycan Mədəniyyət Birliyi zalında Alman klassik musiqisi L.Bethovenin fortepiano sonataları” konsertində uğurla çıxış etmişdir. Bundan əlavə “Musiqi sənəti: Problemlər, perspektivlər” kitabında “Musiqi mədəniyyətimizin kökləri hara gedir” adlı məqalə ilə çıxış etmişdir.
2003-cü ildə Astana şəhərində keçirilən VI Beynəlxalq “Şabıt Klassik musiqi-fortepiano” festivalının iştirakçısı olmuşdur. 2003-cü ildə “Peşəkar musiqiçilərin yetişməsində fortepiano fənninin rolu” mövzusunda keçirilən I Ümumrespublika elmi – praktik konfransında “Ümumi fortepiano kursunda texniki inkişaf əhəmiyyəti” mövzusu ilə çıxış etmişdir. 2004-cü ildə Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyasında solo konsertlə çıxış etmək üçün dəvət olunmuş və uğurlu çıxışına görə rektor tərəfindən təşəkkürnamə məktubu ilə qiymətləndirilmişdir. 2005-ci ildə “Parlaq sabahın zəmanətləri” kitabında yaradıcılığı haqqında məqalə dərc olunmuşdur. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin hesabatına həsr edilmiş elmi-praktiki konfransına dəvət edilmiş və C.Hacıyevin “Ballada” əsəri ilə çıxış etmişdir. 2008-ci ildə Kapellhaus “Alman-Azərbaycan Mədəniyyət Birliyi” zalında “Skripka Musiqisi Axşamı” konsertində çıxış etmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika üzrə mərkəzləşdirilmiş qaydada aspirant və dissertantlardan “İnformatika” fənnindən namizədlik imtahanını qəbul etmək üçün yaradılmış komissiyaya imtahan verərək, 153H №li vəsiqə almışdır. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “İncəsənət və mədəniyyət problemləri №1 (23)” jurnalında “Фикрет Амиров. Вариации”, “İncəsənət və mədəniyyət problemləri №2 (24)” jurnalında “F.Əmirovun xalq çalğı alətləri orkestri ilə fortepiano üçün konsert” adlı məqalələri çap olunub. 2009-cu il – “Musiqi dünyası” 3-4/41 jurnalında “Fikrət Əmirov. Prelüdlər və ekspromtlar”, “Harmony” Beynəlxalq kulturoloji musiqi jurnalında “Фортепианная музыка Азербайджана в XX веке и творчество Ф.Амирова”, Kültür evreni jurnalında “Фортепианное творчество Ф.Амирова в контексте Азербайджанской фортепианной музыки XX века” məqalələri çap olunub. 2009-cu ildə “Azərbaycan Bəstəkarlar İttifaqı-75” Beynəlxalq musiqi festivalında “Gənclər – Avanqardda: səslər və rənglər aləmində” gənc bəstəkarların musiqisindən və gənc rəssamların sərgisindən ibarət məclisində “Con tempo” solistlər ansamblı ilə çıxı etmişdir.
2009-cu ildə “Fikrət Əmirovun fortepiano əsərlərində janr, üslub və faktura xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomunu almışdır. 2009-cu ildə “Fikrət Əmirovun fortepiano əsərlərində janr, üslub və faktura xüsusiyyətləri” mövzusunda 17.00.02-musiqi sənəti sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı 30 daxili və xarici təşkilatlara göndərilmişdir.
2010-cu il – Педагог-созидатель (статьи, материалы, размышления) kitabında “В классе рояля” adlı məqaləsi çap olunub. T.Bakıxanovun “Xeyir və Şər” baletindən skripka ilə fortepiano üçün köçürmələr dərs vəsaiti. 2011-ci il – Bakı Slavyan Universiteti Gəncə Dövlət Universitetinin Azərbaycanşünaslığın aktual problemləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransın materialları II hissəsində “Традиции У.Гаджибейли и их значение в развитии фортепианной музыки Ф.Амирова на примере двух “Фантазий” У.Гаджибейли и концерта для фортепиано с оркестром народрых инструментов Ф.Амирова и А.Бабаева” məqaləsi çap olunub. 2012-ci il – Bizim Lider №(13)95 “Ellada Hüseynova – alim, musiqişünas, pedaqoq və gözəl insan” adlı məqaləsi çap olunub. 2012-ci il – Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri ADMİU-nun 90 illiyinə həsr olunmuş XI Beynəlxalq elmi-praktiki konfransın materialları jurnalında “Музыкальный язык в фортепианных произведениях Ф.Амирова” adlı məqaləsi çap olunub. 2012-ci ildə “Bizim Lider” ictimai-siyasi qəzet Heydər Əliyev ideyalarına sadiqliyinə, təhsil sahəsindəki uğurlu fəaliyyətinə, tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsindəki və savadlı kadrların hazırlanmasındakı xidmətlərinə, Universitetin yaranmasının 90 illik yubileyi münasibətilə fəxri diplomla təltif olunub.
S.Mehdiyeva hər il plan üzrə nəzərdə tutulan yaradıcılıq – ifa işlərini uğurla yerinə yetirir, hər tədris ilində açıq dərslər keçirir. Bu açıq dərslər S.Mehdiyevanın müəllimlik keyfiyyətlərini üzə çıxarır, tələbələrlə ünsiyyət yaratmaq qabiliyyəti, keçilən əsərləri tələbəyə düzgün çatdırmaq, lazımi metodik göstərişlərin verilməsi, tələbələrin texniki və bədii imkanlarının artması və inkişafına kömək edən tövsiyələrin verilməsi onu peşəkar musiqiçi, pianoçu müəllim kimi xarakterizə edir.
Dekabr 2013 – ci il – İ.S.Baxın Üç fortepiano və orkestr üçün konsertinin Azərbaycanda ilk ifaçısı olmuşdur.
2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyin açılışında C.Hacıyevin “Ballada” əsəri ilə çıxış etmiş. 2013-cü ildə ÜNS teatrında keçirilən professor Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş anım gecəsində çıxış etmişdir. 29 aprel-3 may 2013-cü ildə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə iştirak edən tələbələri yüksək professionallıq nümayiş etdirdiyinə görə diplomla təltif olunub. 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor O.Abasquliyevin pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş konsertdə çıxış etmişdir. 2013-cü ildə “Fortepiano ixtisası” üzrə, 2014-cü ildə “Fortepiano” fənni üzrə dərs vəsaitlərinin həmmüəllifidir. Şuşa Humanitar Kollecində 15.05.2014-cü il tarixdə Azərbaycanın məşhur bəstəkarı S.Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə fəal iştirakına görə kollecin direktoru R.İsmayılov tərəfindən təşəkkür məktubu almışdır. 11 dekabr, 24 dekabr 2014-cü ildə tələbələri ilə sinif konserti keçirib.
2014-cü il – Macarıstan – Renessans “Qızıl payız” festival müsabiqədə – Solo (I yer), Kamera ifası (I yer), Qrand Prix. 2014, 2015-ci illərdə İstanbul şəhərində Beynəlxalq Pera piano festivalında iştirakçı sertifikatına layiq görülüb. 16 may, 19 may 2015-ci ildə tələbələri ilə sinif konserti keçirib. 2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Ziyalısı fəxri mükafatla təltif edilib. 2015-ci ilin aprel ayında ADMİU-nun “Musiqi sənəti” fakültəsinin İnstrumental ifaçılıq kafedrasına müdir vəzifəsinə təyin olunub. 2015-ci ildə kafedra müdiri kimi “Kapellhauz”da İ.S.Baxın 330 illik yubileyinə həsr olunmuş İnstrumental ifaçılıq kafedrasının tələbələrindən ibarət konsert təşkil etmişdir. 2015-ci ildə ADMİU və Şəki Musiqi Kolleci tələbə və məzunlarından ibarət konsert keçirilib.
2015-ci ildə iyul və oktyabr aylarında Macarıstan – Renessans “Qızıl payız” festival müsabiqəsində müsiflər heyətində iştirak etmişdir. 2015-ci il iyul və oktyabr aylarında keçirilən Macarıstan – Renessans “Qızıl payız” festival müsabiqəsində S.Mehdiyevanın tələbələri laureat diplomları ilə təltif olunublar. ADMİU-nun “Musiqi sənəti” fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının tələbələri Kərimli Könül (I yer), Cəfərov Babək (II yer), BMA-nın tələbəsi Məmmədzadə Əsmər (I yer) layiq görülüblər.
2015-ci ildə tələbəsi Lalə Əhmədova Beynəlxalq Pera Piano Festivalında uğurlu iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.
2015-ci ildə Balaton şəhərində Beynəlxalq Gənclər festivalında Səbinə Mehdiyevanın tələbəsi Salmanzadə İlahə III yerə layiq görülüb.
2016-cı ilin dekabrında Polşanın Volin şəhərində keçirilən beynəlxalq munsif heyəti kimi dəvət olunmuş və orada tələbəsi Əhmədova Lalə I yerə, Kərumli Könül III yerə layiq görülmüşdür.
2016-cı ildə ADMİU- da keçirilən “Fransız musiqi konserti”ndə K.Debüssinin “Rəqs” əsərini ifa etmişdir.
2016-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə F.Listin “İspan rapsodiyası”nı Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifa etmişdir. (Azərbaycanda ilk ifa)
2016- cı iyun ayında Litvanın Kaunas şəhərində keçirilən “Gradus ad Parnassum” VI beynəlxalq müsabiqəsində münsiflər heyətinin sədri kimi dəvət olunaraq iştirak etmişdir.
2017-ci ildə Türksoyli Xalqların Musiqi Mədəniyyətinin tədqiqi problemləri XVI Beynəlxalq elmi-praktiki konfransında “Musiqidə təqlid və yaxud ifaçıda musiqi təfəkkürünün inkişaf yolları” mövzusunda çıxış etmişdir (Məqalə: 2017-ci ildə Türksoyli Xalqların Musiqi Mədəniyyətinin tədqiqi problemləri XVI Beynəlxalq elmi-praktiki konfransında “Musiqidə təqlid və yaxud ifaçıda musiqi təfəkkürünün inkişaf yolları” – səh. 144-145) 2017-ci ildə Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş “Əbədi işığa doğru” kitabın tərtibatçısıdır.
2017-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının bakalavr və magistr pilləsində təhsil alan tələbələrin I Elmi-ifaçılıq konfransını təşkil etmişdir. Tələbələri Fərəcova Leyla, Bəkərov Rafik, Əhmədova Lalə, Salmanzadə İlahə müxtəlif məruzələrlə çıxış etmişdilər.
2017-ci il noyabrda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Romantizm : tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar keçirilmişdir. Seminara İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyevanın ifasında F. Şopenin Balladası (op. 23) ilə yekun vurulub.
2017- ci ilin dekabrında Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim və tələbə heyətinin iştirak etdiyi “Klasssik musiqi axşamı” konsertində Səbinə Mehdiyeva da F.Şopen “Ballada” №1 op. 23 əsərini ifa etmişdir.
8 Fevral 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə Fransa və Azərbaycan musiqi axşamı təşkil etmiş və bu konsertdə K.Debüssinin “Rəqs” pyesini ifa etmişdir.
May 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “ Sürət və Cürət” I Etüd Müsabiqəsinin Layihə rəhbəri olmuş və həmin müsabiqədə Münsiflər heyətində iştirak etmişdir.
23 Noyabr 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə təşkil olunmuş Azərbaycanın dahi bəstəkarı Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsertin layihə rəhbəri olmuşdur.
5 Mart 2019-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Pedaqoji sahəsindəki fəaliyyəti ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur. Aprel-May 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ilinə həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə keçirdiyi ”Gələcəyin Müəllimi” I Açıq Musiqi Müsabiqəsinin Layihə rəhbəri olmuş və həmin müsabıqənin Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli Açılış Konsertində T.Quliyevin “Qaytağı” əsərini ADMİU tələbə orkestrinin müşayiəti ilə ifa etmişdir.
Dekabr 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş II Beynəlxalq Elmi İfaçılıq konfransının layihə rəhbəri olmuş. Konfransa Rusiya, İran və habelə. Azərbaycanın müxtəlif ali məktəblərindən 100-ə yaxın iştirakçı qatılmış, Qala konsertı isə Azərbaycan Milli İncəsənət Muzeyinin akt zalında keçirilmişdir. 2019-cu ildə Payız Əfsanələri Beynəlxalq İncəsənət Müsabiqəsində münsiflər heyyətinin sədri, həmin ildə Beynəlxalq İncəsənət Olimpiadasının Münsiflər heyyətinin üzvü kimi iştirak etmişdir.
2020-ci ildə “Üç alov” Beynəlxalq yaradıcılıq festivalının,“Ümid 2020” Beynəlxalq İncəsənət Müsabiqəsinin, həmin ildə İtaliyada keçirilən “Sing at home” Beynəlxalq online müsabiqəsinin münsiflər heyyətinin üzvü, 21 oktyabr 2020-ci ildə keçirilən “Qarabağ Kuboku 2020” Beynəlxalq Sənət Yarışmasında münsiflər heyyətinin sədri kimi iştirak etmişdir.
2021-ci ilin 1 oktyabr tarixindən Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışır. Rəhbərlik etdiyi müddətdə kollec yaratdığı Kamera orkestri və Xalq Çalğı Alətləri ansamblı ilə Sumqayıt şəhərində, eləcə də, Respublikanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış etmiş, həmçinin dövlət tədbirlərində və digər mədəni-ictimai tədbirlərdə iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin 13 dekabr tarixli 4211 nömrəli sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
18 mart 2022-ci ildə “Türkdilli xalqların Novruz adət-ənənələri” adlı I Beynəlxalq konfransın layihə rəhbəri və təşkilatçısı olmuşdur.
Rəhbərlik etdiyi müddətdə təşkilatçılığı ilə keçirilən tədbirlərin sayı çoxdur:
31 mart 2022-ci ildə “Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş Quba Memorial Kompleksində tədbir
10 may 2022-ci ildə Şəmkir şəhərinin Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı konsert
7 iyul 2022-ci ildə Neftçala şəhərində şəhid büstünün açılışı münasibəti ilə təşkil edilmiş konsert
05 noyabr 2022-ci ildə “28 May” Mədəniyyət Evində “Zəfər Günü”nə həsr olunmuş konsert
12 noyabr 2022-ci ildə Şamaxı İcra Hakimiyyəti və Şamaxı Mədəniyyət Mərkəzinin dəstəyi ilə 12 noyabr “Konstitusiya Günü”nə həsr olunmuş konsert
17 noyabr 2022-ci ildə Ağdaş rayon İcra Hakimiyyəti və Mədəniyyət İdarəsinin dəstəyi ilə Şuşa ilinə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı konsert proqramı,
26 dekabr 2022-ci ildə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Nəğmələrdə yaşayan ömürlər” adlı konsert
16 mart 2023-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Arqan zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan və Xarici bəstəkarlarının əsərlərindən ibarət konsert
17 aprel 2023-cü ildə Sumqayıt Dram Teatrında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş AMK-nın nəzdində SMK-nin müəllim və tələbələrindən ibarət Xor və Xalq Çalğı Alətləri orkestrinin konserti
18 may 2023-cü ildə Şəki şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş möhtəşəm konsert
28 may 2023-cü ildə “Müstəqilliyimiz əbədidir” adlı Sumqayıt Reabilitasiya Mərkəzində müstəqilliyimizin 105 –ci il dönümünə həsr olunmuş konsert
05 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Sumqayıt Dövlət Universitetində konsert proqramı
15 iyun 2023-cü ildə Muğam Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə birlikdə “Milli Qurtuluş Günü”nə həsr olunmuş konsert proqramı
08 noyabr 2023-cü ildə Sumqayıt şəhər Tarix Muzeyində “Zəfər Günü”nə həsr olunmuş möhtəşəm “Qarabağnamə” bədii kompozisiyalı musiqi konserti
21 dekabr 2023-cü ildə Mədəniyyət Nazirliyi və Opera Balet teatrının dəstəyi ilə “Azərbaycan Vokalçıları 3” Beynəlxalq Festivalı Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında Şövkət Məmmədovanın xatirəsinə həsr olunmuş konsert proqramı
3 may 2024-cü ildə Bakı Beynəlxalq Muğam Mərkəzində AMK-nın nəzdində SMK-nin direktoru Səbinə Mehdiyevanın tələbələrindən ibarət sinif konserti
15 may 2024-cü ildə Bakı Beynəlxalq Muğam Mərkəzində AMK-nın nəzdində SMK-cinin Fortepiano ixtisası üzrə tələbələrinin Q.Qarayevin Fortepiano yaradıcılığına həsr olunmuş möhtəşəm konsert
18 may 2024-cü ildə Muğam Mərkəzində Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş konsert proqramının keçirilməsi
30 sentyabr 2024-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Səbinə Mehdiyevanın rəhbərliyi ilə AMK-nın nəzdində SMK Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaskinin Sumqayıt şəhərinə səfəri ilə əlaqədar Muğam mərkəzində konsert proqramı ilə çıxış etmişlər
27 noyabr 2024-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyası və “Vio Cello” kamera orkestri ilə birlikdə möhtəşəm fortepiano konsertində AMK-nın nəzdində SMK-nin direktoru Səbinə Mehdiyeva və Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyasının dosenti Samir Mirzəyevlə birlikdə möhtəşəm çıxışları və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş Xanəndəlik şöbəsinin “Zabul-segah dəstgahı” konsertinin layihə rəhbərlərindən biri olmuşdur və s. Bu kimi tədbirlər Səbinə Mehdiyevanın adı ilə bağlıdır.
Hal-hazırda, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental İfaçılıq kafedrasında dosent, 0,5 ştat vahidi müəllim vəzifəsində çalışır.
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Sumqayıt Musiqi Kolleci haqqında
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci, orta ixtisas musiqi məktəbi olaraq, 1961-ci ildən Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin filialı kimi fəaliyyətə başlamışdır.
Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta ixtisas təhsil komitəsinin 11 yanvar 1965–ci il tarixli 8 №-il əmri ilə Sumqayıt Orta İxtisas Musiqi Məktəbi, 1 mart 1965–ci il tarixdən müstəqil təhsil müəssisəsi statusu almışdır.
2000–ci ilin noyabr ayından Sumqayıt Musiqi Texnikumu, 2010-cu il iyul ayından isə Sumqayıt Musiqi Kolleci adlandırılıb. 10 iyul 2020-ci il tarixdən Azərbaycan Milli Konservatoriyasının nəzdinə verilmişdir.
Kollecdə 172 nəfər müəllim heyəti, 30 nəfər texniki personal, 1 nəfər hərbi kabinet, 1 nəfər kitabxana müdiri fəaliyyət göstərir.
Hal–hazırda, kollecdə İnstrumental ifaçılıq (sahələr üzrə), Vokal sənəti (sahələr üzrə), Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) ixtisasları üzrə ümumilikdə 300-dən yuxarı tələbə – subbakalavr dərəcəli mütəxəssis hazırlanır.
60 illik fəaliyyəti dövründə, kolleci 6230 gənc mütəxəssis bitirmişdir. Məzunlarımızdan bir nəfər Prezident təqaüdçüsü, Eurovision 2023 müsabiqəsində Azərbaycanı təmsil edən 2 tələbə, 3 nəfər Xalq artisti, 2 nəfər Əməkdar artist, 3 nəfər Əməkdar müəllim, 2 nəfər bəstəkar, 2 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1 nəfər Sənətşünaslıq doktoru olaraq ali təhsil ocaqlarında, musiqi və incəsənət məktəblərində, mədəniyyət və məktəbəqədər tərbiyə müəssisələrində, yaradıcılıq mərkəzlərində ixtisasları üzrə müəllim kimi fəaliyyət göstərirlər.
Tədrisin yüksək keyfiyyət göstəricilərinə günün tələbləri səviyyəsində nail olmaq üçün tədrisin yeni, müasir forma və metodlarından istifadə edilir. Beynəlxalq təhsil sisteminə inteqrasiya, müəllimlər tərəfindən müasir tələblərə cavab verən dərs vəsaitlərinin hazırlanması, tələbələrin beynəlxalq miqiyaslı müsabiqə və festivallarda uğurlu çıxışları kollektivin əldə etdiyi nailiyyətlərdir.
Tədrislə yanaşı kollecdə konsert-ifaçılıq fəaliyyətinə də diqqət verilir. Kollecdə müxtəlif musiqi kollektivləri fəaliyyət göstərir. Bu kollektivlər (Xalq Çalğı Alətləri orkestri, Xalq Çalğı Alətləri ansamblı, “Vio Cello” kamera orkestri) müntəzəm olaraq əlamətdar – tarixi günlərdə şəhərin və bölgələrin ictimai, mədəni-kütləvi tədbirlərində iştirak edirlər.
Kollec musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı ildən etibarən 2 korpusdan ibarət olaraq yaşayış məntəqələrinin I mərtəbəsində acınacaqlı vəziyyətdə fəaliyyət göstərmişdir. Buna baxmayaraq, kollecin müəllim və tələbə heyəti dövlət və şəhər tədbirlərində müəyyən kollektivlərlə fəal iştirak etmişdir.
Kollecin yüksək peşəkarlıq fəaliyyətini nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun səyi, təşəbbüsü, Elm və Təhsil Nazirliyinin köməyi və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, hörmətli Siyavuş Kəriminin dəstəyi ilə 27 mart 2024 – cü il tarixindən etibarən Kollec müasir tipli yeni tikilmiş binaya köçürülmüşdür. Buna görə, Zakir müəllimə kollecin rəhbərliyi və kollektivi adından minnətdarlığımızı bildiririk.
Gələcəkdə kollec fəaliyyətinin daha da yüksək səviyyəyə qalxması üçün əlindən gələni əsirgəməyəcək.