Azərbaycan Milli Konservatoriyasında (AMK) Ramiz Zöhrabovun 80 illik yubileyi qeyd olunub.

 

Mayın 2-də AMK-da görkəmli musiqişünas-alim, ictimai xadim, Xalq artisti, professor Ramiz Zöhrabovun 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın musiqi elmi: Reallıqlar və perspektivlər” adlı elmi-praktik konfrans keçirilib.

 

Konfransda Əməkdar incənət xadimi, fəlsəfə doktoru Sənubər Bağırova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Elmlər doktoru, professor Cəmilə Həsənova, AMK-nın professor-müəllim heyyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Konfransda AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova ön söz söləyib. L. Hüseynova, musiqişünas alim, Xalq artisti Ramiz Zöhrabovun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan musiqisin, xüsusilə muğam mədəniyyətinə bəxş etdiyi tövhələrindən söhbət açıb.

 

Daha sonra Ramiz Zöhrabovun həyatından bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə, həmçinin dəvət olunuş qonaqlar – S. Bağırova, G. Abdullazadə, C. Həsənova çıxış edərək Ramiz Zöhrabovun yaradıcılıq xüsusiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

AMK-nın professor və müəllimlərinin də çıxışları konfransda yer alıb. Konfrans müddətində musiqi nömrələri təqdim olunub.