Mayın 26-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında ‘Ümumi fortepiano’ kafedrasının konserti keçirilib.

Konsertdə AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konsertdə ‘İfaçılıq’ fakultəsinin Solo oxuma, Milli vokal və Xalq çalğı alətləri üzrə təhsil alan tələbələri çıxış ediblər. Tələbələr xarici, rus və Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılan əsərlərini və işləmələrini səsləndiriblər.

Böyük maraqla qarşılanan konsertdə AMK-nın prorektoru, professor Malik Quliyev çıxış edib. Malik Quliyev ilk öncə tələbələri təbrik edib. Daha sonra konsertin uğurlu keçdiyini və kafedra müdiri, professor Gülsabah Rəhimovanın bu görüşdə böyük rola sahib olduğunu diqqətə çatdırıb.