Azərbaycan Milli Konservatoriyasında (AMK) növbəti “Musiqi saatı” baş tutub.

 

Belə ki, dekabrın 21-də AMK-nın Bakı zalında “Ümumi fortepiano” kafedrasının konserti keçirilib.

 

Konsertdə “Musiqi sənəti” fakultəsinin Solo oxuma, Milli vokal, Estrada sənəti və Xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələrin çıxışları dinlənilib. Tələbələr,  xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılmış əsərlərini, işləmələrini səsləndiriblər.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.