Dekabrın 17-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Ümumi fortepiano” kafedrasının konserti keçirilib.

 

Kafedra tərəfindən təqdim olunan konsertdə baş müəllim Svetlana Əhmədovanın tələbələri çıxış ediblər.

 

“Ümumi fortepiano” kafedrasının müdiri, dosent Firuz Abdinzadə tədbirdə giriş nitqi söyləyərək, bu konsertlə bərabər kafedranın ard-arda bir neçə tədbirinin olacağını bildirib. Qarşıda daha 3 belə konsertin gözlənildiyini diqqətə çatdırıb.

 

Çıxışın ardından Svetlana Əhmədovanın təqdimatında bədi hissə başlayıb. “Xalq çalğı alətləri”,“Xanəndə” və “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan tələbələr, royalda dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

Konsertin sonunda çıxış edən AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi ilk olaraq konservatoriyanın professor-müəllim və tələbə heyyətini salamlayıb. Daha sonra təqdim olunan proqramla bağlı fikirlərini söyləyən rektor konsertin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, konsertin uğurlu keçdiyini diqqətə çatdırıb.