Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində, 25-26 mart 2021-ci il tarixlərində keçirilən “Dünya xalqlarının musiqisi fortepiano üçün” adlı V Beynəlxalq festival müsabiqəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri uğurla çıxış edərək laureat adına layiq görülüblər.

 

Qeyd edək ki, siyahıda adları olan bütün tələbələr, “Fortepiano” üxtisası üzrə deyil, “Xalq çalğı alətləri” və “Xanəndə” ixtisası üzrə təhsil alan istedadlı gənclərimizdir. Onlar müsabiqəyə “Ümumi fortepiano” kafedrasının rəhbəri, dosent Firuz Abdinzadənin təşəbbüsü ilə qatılıblar.

 

  1. Sənan Quluzadə (II kurs, tar) I yer 
    Müəllim: Lamiyə Həbibullayeva
  2. Gülarə Ramazanova (II kurs, kamança) II yer
    Müəllim: Tamilla Əsədova
  3. Fatimə Hacızadə (II kurs, kamança) II yer
    Müəllim: Tamilla Əsəsdova
  4. İntiqam Kazımov (II kurs, qarmon) III yer
    Müəllim: Mehriban Kərimova
  5. Aida Abaszadə (II kur, xanəndə) III yer
    Müəllim: Mehriban Kərimova