Marın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Şəkərli diabet və Donorluq mövzusunda “Sağlamlığımızı necə qorumalı” adlı marifləndirici seminar keçirilib.

 

Tədbirdə konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim rezidentləri Sevinc Məmmədova  və Gülər Mehdizadə, həmçinin Siyasi Psixologiya Mərkəzinin psixoloqu Ayişə Rəhimova mövzu ətrafında məruzə ilə çıxış ediblər. Məruzəçilər tərəfindən mövzu ilə bağlı müvafiq suallar cavablandırıb və izahatlar verilib.

 

Tədbirin keçirilməsində məqsəd, tələbə gənclər arasında sağlam həyat tərzinin təbliği və yarana biləcək zərərli viruslara qarşı daha templi-düzgün mübarizə aparmaq olub.

 

Sonda AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək seminarın əhəmiyyətindən danışıb və məruzəçilərə öz təşəkkürünü bildirib. Lalə Hüseynova AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi tərəfindən imzalanmış konservatoriyanın təşəkkürnamə sertifikatlarını onlara təqdim edib.