Azərbaycan Milli Konservatoriyasının əməkdaşları “Qlobal təhlükəsizliyə regional töhfə” tədbirində çıxış ediblər

Yasamal rayonu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “The Ritz-Carlton Baku” otelində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının və Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşlarının ifaları təqdim olunub. Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının Muğam xanəndə kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Mehriban olaq” və “Qarabağ” mahnıları […]

Ətraflı >>

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nəzakət Teymurovanın solo konserti keçirilib

11 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının professoru Nəzakət Teymurova M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert proqramı ilə çıxış edib. Nəzakət Teymurovanı səhnədə Əməkdar artist Fuad İbrahimovun rəhbərlik etdiyi Bakı Dövlət Kamera Orkestri və Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu “Xarıbülbül” muğam qrupu […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Birləşmiş Saz Orkestrinin təqdimatı keçirilib

16 iyun 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında “Azərbaycan Milli Konservatoriyası və AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecinin birləşmiş Saz Orkestri”nin konsert proqramı və təqdimatı keçirilib. Konsertdən öncə Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə çıxış edərək, bu təşəbbüsü milli musiqi mədəniyyətimiz üçün mühüm sənət hadisəsi kimi qiymətləndirib. […]

Ətraflı >>

Beynəlxalq Muğam Mərkəzində “Barışın Türküsü: Turandan Gələn Səda” konserti keçirilib

13 iyun 2026-cı il tarixində Yunus Emre İnstitutu və Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Barışın Türküsü: Turandan Gələn Səda” adlı konsert proqramı keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin sədri, AMK-nın yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağır açaraq, “Ün” ansamblının yaranma məqsədi, konsertin ideyası […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında 2025–2026-cı tədris ilinin “Məzun Günü” qeyd olunub

18 iyun 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında açıq havada 2025–2026-cı tədris ili üzrə “Məzun Günü” keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti və məzun tələbələr iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə çıxış edərək məzunları təbrik edib. Rektor çıxışında Azərbaycan Milli Konservatoriyasının əsas missiyalarından […]

Ətraflı >>