30 sentyabr 2026-cı il tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində, Vatroslav Lisinski Konsert Kompleksində təşkil olunan “Azərbaycan musiqisi gecəsi”ndə Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab və “Xalq çalğı alətləri” kafedrasının müəllimi, Xalq artisti Ənvər Sadıqov iştirak ediblər.

Azərbaycanın görkəmli sənətkarlarının iştirak etdiyi konsert proqramını Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının hər iki tərəfdən iştirakçıları, eləcə də Zaqreb ictimaiyyətinin nümayəndələri izləyiblər.