“MGÜ Muğam Günləri” çərçivəsində Azərbaycan muğam ifaçıları Ankarada ustad dərsləri və konsert proqramı təqdim ediblər

Azərbaycan Milli Konservatoriyası ilə Ankara Musiqi və Gözəl Sənətlər Universiteti (Ankara Müzik ve Güzel Sanatlar Üniversitesi ) arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində AMK-nın Muğam kafedrasının müəllimləri Azərbaycanın Əməkdar artisti, dosent Təyyar Bayramov, Beynəlxalq Muğam Mərkəzinin solisti, tarzən Rəşad İbrahimov, kamança ifaçısı Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramov Ankara Musiqi və Gözəl Sənətlər Universitetində səfərdə […]

Ətraflı >>

Dirijorluq kafedrasının hesabat konsertində tələbə xor və orkestr kollektivləri çıxış ediblər

5 may tarixində Azərbaycan Milli Konservatoriyasında Dirijorluq kafedrasının xor və orkestr kollektivlərinin hesabat konserti keçirilib. Konsertdə AMK-nın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konsertin əvvəlində Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova çıxış edərək hesabat konsertinin bədii məzmunu haqqında məlumat verib. O, kafedranın nəzdində fəaliyyət göstərən xor və orkestr kollektivlərinin il […]

Ətraflı >>

“Fərqli məqam repertuarları” mövzusunda sessiyalarla muğam simpoziumunun ikinci günü yekunlaşıb

30 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında “Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpozium öz işini ikinci gün üzrə davam etdirib. Simpoziumun ikinci günü AMK-nın Bakı zalında “Fərqli məqam repertuarları: estetika və yenilik məsələləri”, “Azərbaycan muğamı və məqamı: tarix və təcəssüm”, “Dövriyyədə olan alətlər” və “Məqamın dini və mənəvi təcrübələri” adlı sessiyalarla davam edib. […]

Ətraflı >>

“Sərhədləri aşan Azərbaycan muğamı” simpoziumu çərçivəsində “Səma” konserti keçirilib

29 aprel 2026-cı il tarixində AMK nın Fikrət Əmirov zalında “Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpozium çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Alim Qasımov və Azərbaycan əsilli kanadalı xoreoqraf Saşar Zərifin iştirakı ilə “Səma” adlı konsert proqramı keçirilib. Konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasındə “Sərhədləri aşan Azərbaycan muğamı” beynəlxalq simpoziumuna start verilib

29 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında “Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpoziumun açılış mərasimi baş tutub. Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə və SOAS London Universitetinin professoru Reyçel Harris çıxış edərək simpoziumu açıq elan ediblər. Simpoziumun birinci günü “Məqamın tədqiqində innovativ yanaşmalar” mövzusunda […]

Ətraflı >>