Tədris metodiki mərkəzinin müdiri – Rövşanə Yaqub qızı Kərimova

Abituriyent bölməsində

Hər il olduğu kimi abituriyentlər aprel ayının 20-dən mayın 31-nə kimi elektron ərizə doldurur və həmin ərizəni müvafiq ali məktəblərdə təsdiq etdirirlər. Qabiliyyət ixtisasları üzrə sənəd verən abituriyentlər mayın 1-dən 31-nə kimi xüsusi ayrılmış məktəbdə mərkəzləşmiş formada seçmə turdan keçərək qəbul imtahanlarına buraxılırlar. İyul ayının əvvəlində test imtahanlarında iştrak edir. Bu imtahanda muvəffəqiyyət qazanan abituriyentlər qabiliyyət üzrə keçiriləçək qəbul imtahanlarına buraxılır və imtahanlarının nəticəsinə görə iyul ayının axırında keçiriləcək. “İxtisas seçimində” iştrak edərək istədiyi ixtisası, ali məktəbi kodlaşdırır. Avqust ayının əvvəlində nəticələr açıqlanandan sonra qəbul olunmuş abituriyentlər lazimi sənədlərlə ( 3×4 ölçüdə 4 ədəd şəkil, şəxsiyyət vasiqəsinin surəti, diplom və ya atestat, imtahan vərəqi) daxil olduğu ali məktəblərdə qeydiyyatdan keçir. Qeydiyyatdan keçmiş abituriyentlərin daxil olduqları haqqında əmr sentyabrın əvvəlində ali məktəblərə göndərilir. Beləliklə, qəbul kompaniyası bununla başa çatır.

Magistratura pilləsinə qəbul üçün: Elektron ərizə yanvarın 25-dən, fevral ayının 7-8 ə kimi I tur test imtahanı (məntiqi təfəkkür, xarici dil, informatika) fevralın 20-22 də II tur imtahanı ayln axırında “ixtisas” üzrə test imtahanı. (3×4 foto şəkil, şəxsiyyət vəsiqəsinin surəti, diplomun surəti)

Bakalavriat

AMK-da bakalvrın təhsil mddəti 4 il nəzərdə tutulmuşdur. Təhsil müddəti boyunca, verilən yekun imtahanlar və diplom ixtisası tədris planına daxildir. Təhsil əyani və qiyabi aparılır. Hal hazırda AMK-nın bakalavr pilləsində 373 tələbə (əyani 288, qiyabi 85) təhsil alır.

Magistratura

Magistratura – magistratura pilləsi müdafiyə edilən elmi işə görə “magistr” ixtisas və elmi dərəcəsi alır və ixtisası üzrə fəaliyyətə başlayır. Təhsil müddəti 2 ildir. Hal hazırda AMK-da 61 tələbə magistr pilləsində təhsil alır.

Doktorantura

Doktorantura-təhsil müddəti 3 ildir. Azərbaycan Milli Konservatoriyasında fəlsəfə doktoru proqramı üzrə doktorantura (dissertantura) pilləsində 6213.01 Musiqi sənəti ixtisası üzrə elmi kadr hazırlığı aparılır. Doktorantura qəbul Azərbaycan Respublikası Nazrilər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 129 saylı qərarında (Azərbaycan və əcnəbi vətəndaşlar üçün) göstərilən qaydalar əsasında aparılır.

Qəbul olunmaq üçün aşağıdakı sənədlər tələb olunur:

– ərizə (rektorun adına)
– kadrların şəxsi qeydiyyat vərəqəsi;
– tərcümeyi-hal;
– 2 fotoşəkil (3×4 ölçüdə);
– referat (seçdiyi mövzu üzrə);
– çap olunmuş elmi siyahısı;
– əmək kitabçasından çıxarış (işləyənlər üçün);
– ali təhsil haqqında diplomun surəti və diploma əlavə (qiymət cədvəlindən çıxarış);

Dissertantura

Dissertantura-təhsil müddəti 4 ildir. Doktorantura və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazrilər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 129 saylı qərarında (Azərbaycan və əcnəbi vətəndaşlar üçün) göstərilən qaydalar əsasında aparılır.

Qəbul olunmaq üçün aşağıdakı sənədlər tələb olunur:

– ərizə (rektorun adına)
– kadrların şəxsi qeydiyyat vərəqəsi;
– tərcümeyi-hal;
– 2 fotoşəkil (3×4 ölçüdə);
– referat (seçdiyi mövzu üzrə);
– çap olunmuş elmi siyahısı;
– əmək kitabçasından çıxarış (işləyənlər üçün);
– ali təhsil haqqında diplomun surəti və diploma əlavə (qiymət cədvəlindən çıxarış);