Azərbaycan Milli Konservatoriyası musiqi elminin problemlərini tədqiq edən iri mərkəzlərindən biridir. Hər il bu tədris ocağının tələbə və müəllim heyəti, elmi işçiləri, doktorant və dissertantları çeşidli beynəlxalq elmi konfranslarda iştirak edir. Milli Konservatoriya milli musiqimizi öyrənən tədris və elm ocağı kimi daim müxtəlif forumlar və seminarlar təşkil edir. Burada elmin bir sıra istiqamətlərinin araşdırılması artıq ənənə halı alıb:

 

  • Azərbaycan milli musiqi mədəniyyəti;
  • Müasir dövr milli mədəniyyətinin tarixi və nəzəri problemlərinin tədqiqi;
  • Musiqi tədrisi və pedaqogika;
  • Fənlərin tədris edilmə metodikası;
  • Mədəniyyət və incəsənətin fəlsəfi problemləri və s.

2017-ci il oktyabr ayında Azərbaycan Milli Konservatoriyası “Qloballaşan dünyada musiqi ənənələri” adlı beynəlxalq elmi konfransı öz işinə başladı. Konfransda dünyanın bir çox ölkələrindən iştirakçılar çıxış etdi. Konfransın mövzu istiqamətləri:

 

  1. Musiqi ənənələrinin qoruyucu mexanizmləri və funksional sistemlər
  2. Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi
  3. Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları
  4. Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri
  5. Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarının yenilənmə potensialı və multikultural mahiyyəti

Konfransın tələbləri