“Narkotik vasitələrin zərəri” mövzusunda tədbir keçirilib

Sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Narkotik vasitələrin zərəri” mövzusunda tədbir keçirilib.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Tədbirin keçirilməsində məqsəd, tələbə gənclər arasında sağlam həyat tərzinin təbliği, onları zərərli vərdişlərdən çəkindirmək və birlikdə narkotik vasitələrə qarşı mübarizə aparmaqdır.   Tədbirdə AMK-nın magistratura üzrə təhsil […]

Ətraflı >>

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir.   Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər.   Daha sonra iştirakçılar Azərbaycan Milli Konservatoriyasında (AMK) Milli […]

Ətraflı >>

“Qurban bayramı” münasibətilə Qəbələdə konsertlər keçirilib

21, 22 və 24 avqust tarixlərində “Qafqaz” otellər şəbəkəsi, Azərbaycan Milli Konservatoriyası (AMK) və Heydər Əliyev Konqres Mərkəzinin (Qəbələ) birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə “Milli mənəvi musiqi Qəbələdə” adlı konsertlər keçirilib.   İlk olaraq – avqustun 21-də Heydər Əliyev Konqres Mərkəzində Əməkdar artist Təyyar Bayramovun solo konserti baş tutub. Konsertdə Azərbaycan xalq […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası yenidən Qəbələdə

21, 22 və 23 avqust tarixlərində Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi (Qəbələ) və “Qafqaz” Otellər Şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə konsertlər keçiriləcək.   İlk gün – 21 avqust tarixində Əməkdar artist Təyyar Bayramov konsert (solo) proqramı ilə çıxış edəcək. Konsertdə T. Bayramovu Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov […]

Ətraflı >>

İSME 2018 – 33-cü Ümumdünya Konfransı çərçivəsində ilk tədbir AMK-da

2018-ci il 15-20 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türksoy və Türk Dünyası Müzik Eğitimi-nin birgə təşkilatçılığı ilə keçiriləcək İSME (İnternational Society for Music Education) 2018 – 33-cü Ümumdünya Konfransına Bakı şəhəri ev sahibliyi edəcək.   Konfrans çərçivəsində Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və […]

Ətraflı >>