“Ümumi fortepiano” kafedrasının hesabat konserti keçirilib

Dekabrın 24-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Ümumi fortepiano” kafedrasının hesabat konserti keçirilib.   Kafedra tərəfindən təqdim olunan konsertdə Baş müəllim Aidə Həsənova və müəllim Lamiyə Həbibullayevanın tələbələri çıxış ediblər. “Xalq çalğı alətləri”,“Milli vokal” və “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin uğurlu çıxışı böyük maraqla qarşılanıb.   “Ümumi fortepiano” kafedrasının müdiri, dosent Firuz Abdinzadənin […]

Ətraflı >>

“Ana Yurdum” | Şəkinin Kiş kəndində Tələbə xorunun Yeni il konserti

Yanvarın 2-də Azərbaycan Milli Konservatoriyası (AMK) və Marxal Resort & Spa kompleksinin birgə təşkilatçılığı ilə “Ana yurdum” adlı Yeni il tədbiri keçiriləcək.   Tədbir Şəki şəhəri Kiş kəndində, Marxal Resort & Spa kompleksi – Nuxa restoranın konsert zalında baş tutacaq.   Tədbirdə AMK-nın Tələbə xoru konsert proqramı ilə çıxış edəcək. Xorun repertuarında Azərbaycanın məşhur xalq və […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası tələbəsinin uğuru

Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga Symphony” VII Beynəlxalq musiqi festivalında Azərbaycan Milli Konservatoriyasının (AMK) 4-cü kurs (xanəndə) tələbəsi Nigar Cəlilova ikinci olub.   Nigar Cəlilova “Başına mən dolanım” mahnısı ilə “Folklor” nominasiyasında ikinci yeri tutaraq gümüş medala (“Sliver Symphony”) layiq görülüb.   Festivala rekord sayda iştirakçı – 26 ölkədən 301 ifaçı […]

Ətraflı >>

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.   Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz […]

Ətraflı >>

Əməkdar artist Əliəhməd İbrahimovun solo konserti keçirilib

Dekabrın 3-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Əməkdar artist, konservatoriyanın baş müəllimi Əliəhməd İbrahimovun solo konserti keçirilib.   “Ümmandan damlalar” adlı konsert proqramında Ə. İbrahimov Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Əməkdar artistlə bərabər səhnədə tələbələrinin də çıxışları yer alıb. İfaçıları AMK-nın baş müəllimi Mahirə Quliyeva müşaiət edib.   Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, […]

Ətraflı >>