“Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”nə start verildi

Noyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”nə start verilib.   Müsabiqə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin çıxışı ilə açıq elan edilib.   Rektor çıxışında bildirib ki, müsabiqə instrumental ifaçılıqda yeni addımdır və milli musiqi ifaçılığına öz müsbət töhvələrini […]

Ətraflı >>

Qazaxıstanlı müəllimə Konservatoriyanın kurs sertifikatı təqdim olunub

Noyabrın  21-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi konservatoriyada təkmilləşmə kursu keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının (Казахская Национальная Консерватория имени Курмангазы) Baş müəllimi Serik Nurmoldayevlə görüşərək ona ali məktəbin kurs sertifikatını təqdim edib.   Noyabrın 11-dən 21-dək AMK-da olan S.Nurmoldayev, konservatoriyadakı tədris prosesi ilə yaxından tanış olub.  Dərslərdə iştirak edərək, tələbələrlə […]

Ətraflı >>

“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi” | Final konserti keçirilib

“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final konserti baş tutub.   Noyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final-qala konserti keçirilib.   Layihə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMK və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Layihənin ideya müəllifi AMK Tələbə Gənclər […]

Ətraflı >>

Hacı Xanməmmədov 100 il – “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”

Hacı Xanməmmədov 100 il   “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”   Azərbaycan Milli Konservatoriyasında (AMK) 26-30 noyabr 2018-ci il tarixlərində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi” keçiriləcək.   Müsabiqə ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik musiqi məktəbləri […]

Ətraflı >>

Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Noyabrın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.   Konfrans AMK Tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda dahi […]

Ətraflı >>