Əməkdar artist Zenfira İsmayılovanın təqdimatında “Bahar nəfəsli səslər”

Martın 15-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Bahar nəfəsli səslər” adlı tədbir keçirilib.   AMK-nın böyük zalında baş tutan tədbirdə Milli vokal kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılovanın bədii rəhbərliyi ilə konsert proqramı təqdim olunub. Z. İsmayılova tələbələri ilə birgə çıxış edib. Tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti […]

Ətraflı >>

AMK-da 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Martın 7-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.   AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi Ali məktəbin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik edib və ürək sözlərini çatdırıb.   Tədbir zamanı rektor S. Kərimi,  xanımları təbrik üçün royal arxasına keçib və AMK-nın “Milli vokal” kafedrasının müdiri, Xalq […]

Ətraflı >>

Şəkərli diabet, Donorluq və Narkotik vasitələrin zərəri mövzusunda seminar keçirilib

Marın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Şəkərli diabet, Donorluq və Narkotik vasitələrin zərəri mövzusunda “Sağlamlığımızı necə qorumalı” adlı marifləndirici seminar keçirilib.   Tədbirdə konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim rezidentləri Sevinc Məmmədova  və Gülər Mehdizadə, həmçinin Siyasi Psixologiya Mərkəzinin psixoloqu Ayişə Rəhimova mövzu ətrafında məruzə ilə çıxış […]

Ətraflı >>

Macarıstan səfirliyinin nümayəndələri AMK-da olublar

Fevralın 28-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, xalq artisti Siyavuş Kərimi Macarıstan səfirliyinin təşəbbüsü ilə Bocska Istvan təhsil mərkəzinin direktoru Kornel Andras Papp və Bach Mindenkinek (Bax hamı üçün) Festivalının direktoru Zalan Laszlo Kovacs ilə görüşüb. Görüşdə Macarıstan Səfirliyinin təhsil və mədəniyyət işləri üzrə diplomatı Mihaly Gruber də iştirak edib.   AMK-nın tarixi, strukturu və […]

Ətraflı >>

“Tar və piano üçün jazz-pop repertuarı” | Şəhriyar İmanovun konserti baş tutub

Fevralın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) əməkdar artist, tanınmış tar ifaçısı Şəhriyar İmanovun “Tar və piano üçün jazz-pop repertuarı” adlı konserti keçirilib.   İsveçrə Səfirliyi və AMK-nın birgə təşkilatçılığı ilə baş tutan konsertdə, tar və piano üçün musiqi notları kitabı təqdim olunub. Kitabda XX əsrin məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada […]

Ətraflı >>