Amerikalı bəstəkar-müğənni Toni Memmel konservatoriyanın səhnəsində

Aprelin 11-də Azərbaycan Milli Konservatoriyasında amerikalı bəstəkar-müğənni Toni Memmelinin solo konserti keçirilib.   Tədbir Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin “İncəsənət elçisi” proqramı çərçivəsində təşkil olunub.   ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer tədbirdə iştirak edib. Konsertdən öncə səfir konservatoriyada aparılan dərs prosesi ilə yaxından tanış olub.   Tədbir AMK-nın Beyləlxalq əlaqələr departamentinin rəhbəri Cahangir Səlimxanovun […]

Ətraflı >>

Beynəlxalq Muğam Mərkəzi ilə Əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Konservatoriyasının (AMK) tərəfdaşları sırasına daha bir dövlət qrumu qoşulub. Belə ki, aprelin 5-də AMK və Beynəlxalq Muğam Mərkəzi (BMM) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.   Mərasimdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edib. L. Hüseynova bildirib ki, artıq uzun illərdir ki, BMM ilə Konservatoriya arasında əməkdaşlıq davam edir və […]

Ətraflı >>

Norveçli qonaqlar Azərbaycan Milli Konservatoriyasında olublar

Aprelin 1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue və həmin ölkənin bir qrup qonaqları ilə görüşüb.   Mədəniyyətlər arası əməkdaşlığın inkişafının müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.   AMK-da görülən işlərdən, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin […]

Ətraflı >>

“Elm, yaradıcılıq, axtarış və zəhmət” – Elmira Abbasova | AMK-da “Elm günü” qeyd olunub

Martın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Elm günü” münasibətilə görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirsəinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.   “Elm, yaradıcılıq, axtarış və zəhmət” – E. Abbasovanın həyatını əks etdirən bu ifadə konfransın devizi olaraq qeyd olunub.   Konfransda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor […]

Ətraflı >>

AMK-da Qazaxıstanın Xalq artistlərinin konserti keçirilib

Martın 15-də Azərbaycan Milli Konservatroyası və Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə konservatoriyanın böyük zalında tədbir keçirilib.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.   Tədbirdə açılış nitqi söyləyən rektor S. Kərimi qonaqları salamlayıb və onları konservatoriyada görməkdən […]

Ətraflı >>