29 yanvar Azərbaycan Milli Konservatoriyasının böyük zalında “Populyar musiqi və caz ifaçılığı” kaferdasının yekun konserti oldu. İmtahan sessiyasında son dərəcə fəal iştirak edən tələbələri indi konsert hesabatı ilə tamaşaçı qarşısında görmək çox xoş oldu. Qeyd etməliyik ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi , idarə heyəti, müəllim və tələbələr, müxtəlif təhsil və incəsənət sahələrindən qonaqlar iştirak etdi. Tələbələr yüksək peşəkarlıq nümayiş etdirdilər. Konsertin sonunda xatirə şəkilləri çəkildi və Azərbaycan Mİlli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimiyə söz verildi. O, çıxışında kövrəldiyini bildirib, “Populyar musiqi ve caz ifacıllğı” kafedrasını yaratdığı üçün çox sevincli olduğunu vurğuladı. Kafedranın müdiri, əməkdar artist Emil Əfrasiyaba və tələbələrə təşəkkürünü bildirdi,gələcək nailiyyətlərində uğur dilədi.