AMK-nın müəllimi Mahir Tağızadə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 911 nömrəli Sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının vokal ixtisası üzrə müəllimi Tağızadə Mahir Tahir oğlu “Gənclər üçün Prezident Mükafatı”na layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının kollektivi adından Mahir Tağızadəni təbrik edir, ona gələcək yaradıcılıq və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Ətraflı >>

Bakı Gənclər Mərkəzində Gənclər Evlərinin I Forumu keçirilib

4 fevral 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Gənclər Evlərinin I Forumu keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovun iştirak etdiyi forumda Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova, AMK-nın Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov, eləcə […]

Ətraflı >>

AMK-da 20 Yanvar faciəsinə həsr olunan “Bir gecənin yaddaşı” tədbiri keçirilib

19 yanvar 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə AMK-nın Fikrət Əmirov adına zalında 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirin əvvəlində 20 Yanvar 1990-cı ildə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir […]

Ətraflı >>

Filarmoniyada “Nəsillərin dialoqu” silsiləsinin ilk konserti baş tutub

31 yanvar 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası ilə Filarmoniyanın birgə layihəsi olan “Nəsillərin dialoqu” adlı silsilənin ilk konserti baş tutub. Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə giriş sözü ilə çıxış edərək bildirib ki, layihənin “Nəsillərin dialoqu” […]

Ətraflı >>

Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 20 Yanvar — Ümumxalq Hüzn Günüdür

Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 20 Yanvar — Ümumxalq Hüzn Günüdür. Azərbaycan xalqının milli yaddaşına “Qanlı Yanvar” faciəsi kimi həkk olunan o dəhşətli yanvar gecəsindən 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq nümunəsi […]

Ətraflı >>