15 may 2026-cı ildə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında I Kəlbəcər Aşıq Festivalı çərçivəsində I Aşıq müsabiqəsinin II turu keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi olan bu müsabiqənin yekun mərhələsində istedadlı yeniyetmə və gənclərdən ibarət 11 nəfər iştirakçı çıxış edib.
Müsabiqənin şərtlərinə uyğun olaraq ifaçılar Azərbaycan aşıq dastanlarından hər hansı birinin müəyyən hissəsini söyləməli və sazda klassik havaları ifa etməli idilər.
Qeyd edək ki, iştirakçıların seçimi münsiflər heyəti tərəfindən qəbul edilmiş beş meyar – dastançılıq məharəti, oxuma qabiliyyəti, saz ifaçılığı, səhnə mədəniyyəti və artistizm əsasında aparılıb.
Yüksək nəticə göstərmiş gənc aşıqların kimliyi və ümumi balları barədə AMK-nın rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə məlumat verib. O, uğur qazanmış qaliblərin adlarını sadalayaraq onları təbrik edib.
İkinci tur ifaçılar Tacir Alxanov və İbrahim Hüseynov ikinci yer, Vüsalə Bəylərova və Rəvan Rüstəmov isə üçüncü yerin qalibi elan olunaraq başa çatıb.
Daha sonra qaliblərin ifasında aşıq havaları ifa olunub. Gənclərin məharətli ifasını Özbəkistan Respublikasından təşrif buyurmuş bir qrup incəsənət xadimi də dinləyib. Sonda qonaqlarla birlikdə xatirə fotoları çəkdirilib.

Возможно, это изображение текст

Возможно, это изображение арфа, скрипка и текст

Возможно, это изображение скрипка, арфа и текст

Возможно, это изображение учеба, помост и текст "AmAMSN LMK MИO3OTO I Kalbacar Așıq festivalı çarçivasinda Așıq Müsabiqasi 14-15mлy 15 15MAy 14 Bakı, Baki,2026-cil 2026-cil baycan Milli Konservatoriyası"

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение флейта, гобой, скрипка, кларнет и текст "I Kalbacar Așıq festivalı çarçivasinda Aşıq Müsabiqasi 14 14-15MAy Bakı, 2026-ctil il Milli Konservatoriyası"

Возможно, это изображение скрипка, флейта, гитара и текст

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение флейта, скрипка и текст

Возможно, это изображение текст

Возможно, это изображение скрипка, кларнет, флейта, гобой и текст