Martın 29 da Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Milli Konservatoriyasının tələbələri ilə görüşüb. Görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru , Xalq artisti Siyavuş Kərimi, idarə heyəti, tələbələr iştirak edib. Tədbiri AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi açıq elan edib. O, xalq yazıçısını salamlayib. Rektor Xalq yazıçısı Çingiz Abdullayevə Azərbaycan Milli konservatoriyasının fəxri döş nişanını təqdim edib. Çingiz Abdullayev tələbələrlə olduqca səmimi, gözəl söhbətlər etdikdən sonra onların təqdim etdiyi suallara cavab verib. Dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayev öz səmimi çıxışında həyatından bəzi maraqlı xatirələrini bölüşub.

Ədəbiyyat və musiqi vəhdətini xatırladan gözəl tədbirdən sonra kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Xoş təəssüratlarla görüş sona çatıb.