1 avqust 2026-cı il tarixində Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Arif Babayevin vəfatından bir il ötür. Bu münasibətlə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru,Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının əməkdaşları, mərhum sənətkarın tələbələri və tanınmış incəsənət xadimləri Fəxri xiyabanda Arif Babayevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, mərhum sənətkarın tələbələri və incəsənət nümayəndələri çıxış edərək onun işıqlı xatirəsini ehtiramla yad ediblər.
Çıxışlarda Arif Babayevin Azərbaycan muğam sənətinin inkişafında, milli xanəndəlik məktəbinin zənginləşdirilməsində və gənc ifaçıların yetişdirilməsindəki müstəsna xidmətlərindən bəhs olunub.
Ziyarət iştirakçıları Xalq artisti Arif Babayevin məzarı üzərinə gül dəstələri düzərək görkəmli sənətkara dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq Arif Babayevin əziz xatirəsini
hörmətlə anırıq. Ruhu şad olsun!

Нет описания фото.

Возможно, это изображение текст

Возможно, это изображение текст

Возможно, это изображение текст

Возможно, это изображение памятник и текст

Нет описания фото.

Возможно, это изображение памятник и текст

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек

Нет описания фото.

Возможно, это изображение памятник и текст