Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Ümumi fortepiano” kafedrasının daha bir tədbiri baş tutub.

 

Belə ki, kafedranın müəllimləri Gülnar Axundova və Təranə Məmmədovanın sinif konserti keçirilib. Konsertdə “Milli vokal”, “Xalq çalğı alətləri” və “Bəstəkarlıq” ixtisası üzrə təhsil alan tələbələrin çıxışları yer alıb. Onlar, öz bacarıqlarını bu dəfə fortepiano musiqisində göstəriblər. Tələbələr, dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

Sonda rektor, Xalq artisti Siyavuş Kərimi çxıış edərək müəllimlərin zəhmətini müsbət qiymətləndirib və bütün iştirakçıları təbrik edib.