Dekabrın 24-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Ümumi fortepiano” kafedrasının hesabat konserti keçirilib.

 

Kafedra tərəfindən təqdim olunan konsertdə Baş müəllim Aidə Həsənova və müəllim Lamiyə Həbibullayevanın tələbələri çıxış ediblər. “Xalq çalğı alətləri”,“Milli vokal” və “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin uğurlu çıxışı böyük maraqla qarşılanıb.

 

“Ümumi fortepiano” kafedrasının müdiri, dosent Firuz Abdinzadənin rəhbərliyi ilə hazırlanan konsertdə, tələbələr Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

Konsertin sonunda çıxış edən AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi ilk olaraq konservatoriyanın professor-müəllim və tələbə heyyətini salamlayıb. Daha sonra təqdim olunan proqramla bağlı fikirlərini söyləyən rektor S. Kərimi tələbələr üzərində çalışan bütün müəllimlərə təşəkkürünü bildirib, konsertin uğurlu keçdiyini diqqətə çatdırıb.