Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Təhsil naziri Ceyhun Bayramovun 6 dekabr 2019-cu il tarixli K-1826 nömrəli əmri ilə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

 

Medalı, Təhsil Nazirliyi aparatının rəhbərinin müavini Yaqub Piriyev təqdim edib.

 

Görüş zamanı, rektor S. Kərimi medalı böyük məmnuniyyət və fəxrlə qəbul etdiyini qeyd etdi və Təhsil naziri Ceyhun Bayromava təşəkkürünü bildirdi. Bakı Dövlət Universitetini, 100 illik yubileyi münasibətilə bir daha təbrik etdi.