Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib.Bu görüşdə Azərbaycanın bir çox görkəmli İncəsənət xadimləri ilə yanaşı Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub. Azərbaycan sənətçilərinin müqəddəs torpaqlara səfəri, Qarabağın dirçəlişınə keçirdiyi fərəh hissi neçə-neçə incəsənət nümunələrinin, ədəbi əsərlərin yaranışına aparan yoldur. Qarabağ bir mədəniyyət ocağıdır və daima belə olacaq.