26.02.2024 tarixində Azərbaycan Milli Konservatoriyasınən Böyük Zalında Xocalı Soyqırımının 32 ci ildönümü münasibəti ilə “Qayıtmışıq Xocalı”adlı bədii kompazisiya formatında anım tədbiri keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyası, AMK-nın tələbə gənclər təşkilatı, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan tələbə, gənclər təşkilatı İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə Azərbaycan Milli konservatoriyasının tələbə gənclər təşkilatının sədri Ayxan İmanov aparıcılıq edib.
Anım tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbə xor kollektivinin ifasında Vasıf Adlgözəlovun Çanaqqala aratoriyasından “Ninni” Musiqi əsəri ilə başlayıb.Bədii rəhbər Dirijorluq kafedrasının müdiri, dosent Leyla Zalıyeva, ardından Aktyor Sənəti və Nitq Mədəniyyəti fənnindən müəllim Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı yüksək vətənpərvərlik ruhunda hazırladığı kompozisiyanı təqdim edib.Kompozisiyada Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)”, “Populyar musiqi və caz İfaçılığı” Kafedralarının I kurs tələbələri yüksək aktyorluq məharəti ilə iştirak edib. Xocalı soyqırımı damarından Azərbaycanlı qanı axan vətən sevgisi ilə yaşayan hər kəsın qübar yaddaşıdır. İndiki zamanda Bütöv Azərbaycan olaraq belə Zəfər Bayrağımızın o müqəddəs torpaqda dalğalanmağına baxmayaraq, yenə də biz o günlərı, o amansız qəddarlığı xatırlayırırıq. TGT sədri Ayxan İmanov çıxışında Şəhid tələbəmiz Toğrul Hacıyevı yada salıb, tədbirdə iştirak edən doğmalarını salamlayıb. Azəraycan Tələbə Gənclər Təşkilatının İttifaqının baş katibi Rəşad Zeynalov çıxış edib.
“Qayitmışıq Xocalı” Ədəbi Bədii anım tədbirinin sonunda Azərbaycan Milli Konservatoriyasının Rektoru, xalq artisti Siyavuş Kərimi Səhnəyə qalxaraq, tədbirin ərsəyə gəlməsində əməyi olan müəllimlərə, tələbələrə, əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Artıq Azərbaycan tam bir dövlət olduğundan böyük fəxarət hissi keçirdiyini dilə gətirib.
Xocalı Soyqırımı Azərbaycan xalqının ən ağrılı yarasıdır. Ölməz Şəhidlıərimizin ruhu şad olsun.