2023-cü ilin 17-24 sentyabr tarixlərində Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Aygül Əhmədova Venesuela Bolivar Respublikasının Karakas şəhərində “El sistema” ll Dünya Konqresində iştirak edib. Səfər zamanı Azərbaycan Mİlli Konservatoriyası ilə Venesuela Bolivar Respublikasının Konservatoriyası arasında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Noyabrın 28 -də Venesuela Bolivar Respublikasının Konservatoriyasının direktoru Ronnie Jefrey Morales Matie Azərbaycan Milli Konservatoriyasının qonağı olub. Venesuela Bolivar Respublikasının səfiri Christopher Martinez Berroteran,səfirliyin müşaviri İsis Lessman, həmçinin tərcüməçi Elvira İmanova da Azərbaycan Milli Konservatoriyasında qonaq olublar.Qonaqlar Azərbaycan Milli Konservatoriyasının auditoriyalarında dərslərdə iştirak ediblər, Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər.Venesuela Bolivar Respublikasının səfiri Christopher Martinez Berroteran, Venesuela Bolivar Respublikasının Konservatoriyasının direktoru Ronnie Jeffrey Morales Matie və digər qonaqlar Azərbaycan Milli Konservatoriyasından yüksək əhval ruhiyə ilə ayrılıblar.