Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun ifadə edən çoxəsrlik keçmişinə, ənənəsinə sadiq qalan bir bayramdır. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətini, əməkdaşlarını, musiqi təhsilinın keşiyində dayanan sənəkarlarımızı təbrik edirik. Hər kəsə bahar əhval-ruhiyyəsi arzu edirik. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizə xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun..

Azərbaycan gənciliyi firavan yaşasın. Novruz Bayramınız Mübarək !!