17 Aprel tarixində İllnoysdan olan etnomusiqişünas, doktorant Conatan Xollis, erməni diasporasına sığınan alim belə bir bəyanatla çıxış etmişdir. Onun qeydləri bu başlıq altında yayılıb “Müharibə dövründə Azərbaycandan erməni musiqiçiləri qovulub”. Azərbaycan Muğamı və Milli alətimiz olan balabanın ermənilərə məxsus olduğunu sübut edərək,bu məzmunla ictimayiətə çatdırıb. Saxta bəyanat Amerika tədqiqat institutu tərəfindən təstiqlənib. Qeyd etməliyik ki, Conatan Xollis bir il Ermənistanda yaşamış və Azərbaycana qarşı saxta iddiaları bildirmək üçün maliyələşdirilmiş bir alimdir. Bu haqsız vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Konservatoriyası adından etiraz bildiririk. Azərbaycan Milli Konservatoriyasının professor, sənətkar heyəti adından bizim Mİlli dəyərimiz olan musiqimizin qorunmasını tələb edirik. Eyni zamanda əks təbliğatın başlanılmasını, haqsızlığa qarşı etirazımızın çatdırılmasını aiidiyyatı qurumlardan tələb edirik. Müqəddəs milli musiqimizı qoruyaq.
Azərbaycan Milli Konservatoriyası.