Azərbaycan Milli Konservatoriyasında musiqiçi Mahirə Quliyevanın yaradıcılıq gecəsi keçirildi. Uzun illərdi pedaqoji fəaliyyətlə məşğul olan Mahirə xanım bir sıra Azərbaycan və avropa bəstəkarlarının əsərlərini xalq çalğı alərləri üçün işləmişdir. Geniş fəaliyyətə sahib olan Mahirə xanım bir çox şeirlər yazıb, eləcə də müxtəlif təsviri sənət nümunələri yaratmışdır.
Sözügedən tədbirdə də Mahirə Quliyevanın qanun, kamança, fortepiano üçün işləmələri ifa olundu. O cümlədən, müəllifin ərsəyə gətirdiyi şeirləri Əliyeva Səmray tərəfindən səsləndirildi. Bundan əlavə tədbirdə Mahirə xanımın təsviri sənət nümunələrini əks etdirən video-çarx nümayiş olundu.