Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi
Sadıqova( Əhmədova) Aysel Fikrət qızı 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Orta məktəbi bitirdikdən sonra (1982-1992) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ekran dramaturgiyası fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən AMK tərkibində İncəsənət Gimnaziyasında müəllim vəzifəsinə təyin olunub. (1997)
Ədəbi fəaliyyəti 1990-cı illərdən dövrü mətbuatda hekayələri çap olunmağla başlayıb. Qısa bir aradan sonra yaradıcılığa davam edib.
2010-cu ildən Yazıçılar Birliyinin üzvüdür.
Dövrü mətbuat, saytlarda köşə yazıları ilə fəal çap olunub. Jurnalistlər Birliyinin üzvüdür.
10 kitab müəllifidir. “Bir buluda”, “Ən doğma yad”, “Itirilmiş gülüş”, “Özgə evi”, “Kaktus Çiçəyi”, “Zəvvar”, “Göylərin adamı” , “İspan kafesi” , “Qəmin tərifi” kitablarının müəllifidir. Preziden təqaüdçüsü və Çingiz Aytmatov adına mükafatçıdır.
Türkiyə Osmaniyyə yazarlar Birliyinin üzvüdür, “Almaniya 43” Yazıçı ədəbi qrupunun üzvüdür. 1997 ci ildən işlədiyi İncəsənət Gimnaziyasının teatr şöbəsində Teatr dramaturgiyası fənnini tədris edir və bu illərdə Balaca yazarlar birliyinin yaradıcısı və rəhbəridir. Şagirdlərinin hekayələrindən dörd kitabın, Teatr dramaturgiyası fənnindən bir metodiki vəsaitin müəllifidir.
Hekayələri əsasında radiotamaşalar hazırlanıb və tamaşalar səhnələşdirilib.
2023 cü ilin dekabr ayından AMK-nın mətbuat katibi vəzifəsində çalışır.

CamScanner 2024-11-07 12.27