Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi yubileyi”nə həsr olunmuş təltifetmə mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.Tədbirə Azərbaycan Milli Konservatoriyasının rektoru,xalq artisti Siyavuş Kərimi də dəvət alıb.
Azərbaycan Milli Konservatoriyasının yaranması və fəaliyyəti Ulu Öndərin adıyla bağlıdır. 2001-ci idlə onun təşəbbüsü ilə yaranmış bu təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi Heydər Əliyev adına yubiley medalı ilə təltif olunub. Bu şərəfli təltif münasibəti ilə rektor, Xalq artisti Siyavuş Kərimini təbrik edir və qürur duyuruq.